“Ermənilər beynəlxalq yarışlarda separatçı rejimin təbliğatını aparır” – Beynəlxalq idman ustası

13236320_232713570435377_1451562991_nRafiq Xudayev: “Ukraynada baş verən hadisəyə görə Ermənistan məsuliyyət daşıyır”

Ötən həftə Ukraynanın Lvov şəhərində kunq-fu və uşu üzrə keçirilən Avropa Çempionatında azərbaycanlı və er13228154_232716953768372_952066490_nməni idmançılar arasında kütləvi dava düşüb.

Bu barədə Qafqaznews.az-a danışan ikiqat dünya çempionu, beynəlxalq dərəcəli idman ustası və “Sarvan” İdman Klubunun rəhbəri Rafiq Xudayev bildirib. R.Xudayev qeyd edib ki, mayın 12-dən 15-dək davam edən bu yarışmada ilk gündən başlaya13250514_232717617101639_1551036366_nraq Ermənistan Azərbaycana qarşı təxribatlar törətməyə başlayıblar.

“Onların ilk işi hər fürsətdə Azərbaycanın işğal olunan ərazilərində yaradılmış separatçı rejimi təbliğ etmək oldu, yarış keçirilən məkanda müxtəlif yerlərdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağını asdılar. Köynəklərinin arxasına da “Artsax” yazmışdılar. Bu özbaşınalığa isə sanki göz yumulurdu. Separatçı rejimin bayraqlarını gördükdə dərhal biz təşkilat komitəsinə müraciət elədik və Ermənistan komandasına xəbərdarlıq olundu, bayraqlar yığışdırıldı. Ona görə də bizdən yanıqlı idilər, qalmaqal yaratmaq üçün bəhanə axtarırdılar. Məhz Ellər Orucovun (videoda qırmızı geyimli idmançı – red.) erməni döyüşçüsü ilə görüşü zamanı, erməni döyüşçüsü dəfələrlə hakimin “stop” işarəsinə məhəl qoymadı, sonda isə azərbaycanlı sekundandın üzərinə getdi. Bununla da əlbəyaxa çəkişmə yarandı”, – deyə “Sarvan”ın rəhbəri vurğulayıb.13235906_232717627101638_1476417571_n

13233283_232716950435039_2135199056_nOnun sözlərinə görə, Ermənistan idmançıları bundan əvvəl də dəfələrlə təxribata əl atmış, əksər beynəlxalq yarışlarda yeri gəldi-gəlmədi separatçı rejimi tanıtmağa çalışmışdılar.

“Son yarışda Ermənistanın başqa bir idmançısını məğlub edən Orxan Mehdiyevə ədalətsiz olaraq məğlubiyyət yazılmışdı. Lakin biz münsiflərə müraciət etdik, video yazısına təkrar baxdıqdan sonra, Orxanın əslində qalib gəlməsi faktı təsdiq olundu və hakim idmançıları yenidən rinqə çıxararaq bizim döyüşçünün əlini qaldırdı. Bu hadisə də ermənilərin hiddətinə səbəb oldu”, – deyə ikiqat dünya çempionu qeyd edib.13219987_232717613768306_1477751475_n

O, sözügedən qalmaqaldan sonra Azərbaycan komandasının yarışlardan kənarlaşdırıldığını deyərək, bunun ədalətsizlik olduğunu vurğulayıb.

13236060_232717623768305_1376405260_n“Ermənistanın təxribatı nəticəsində, biz yarışlar bitməmiş Azərbaycana qayıtmalı olduq. Artıq iki idmançımız qalib gəlmişdi, yarışda qələbəyə iddialı idik. Lakin bu məsələdə ermənilər açıq-aşkar dəstək gördülər. Lvovun polis rəisi və Ukrayna DİN başçısı da ermənidirlər. Bizdən saxlanılan olmadı. Bizim İdman və Gənclər Nazirliyi və Daxili İşlər Nazirliyimiz də məsələyə qarışdı, vəziyyətə aydınlıq gətirildi. Yarışlardakı ədalətsizliklə bağlı isə Azərbaycanın Kunq-Fu Federasiyasının rəhbərliyi Dünya Kunq-Fu Federasiyasına müraciət ünvanlayıb”, – deyə Rafiq Xudayev əlavə edib.

“Sarvan” İdman Klubunun rəhbəri əlavə edib ki, Azərbaycan idmançıları beynəlxalq yarışlarda özlərini yetərincə təmkinli və nümunəvi aparırlar: “Lakin Ukraynada baş verən hadisə sırf təxribatın nəticəsi idi. Buna görə isə məsuliyyəti Ermənistan daşıyır”.

Rüfət Əhmədzadə

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR