Ermənilər növbəti dəfə səhvən öz pilotsuz uçan aparatını vurublar

82336455Mayın 19-da saat 13.20 radələrində cəbhənin Ağdam istiqamətində kəşfiyyat xarakterli uçuş aparan Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” tipli PUA erməni bölmələri tərəfindən növbəti dəfə səhvən vurulub.

“Xəzər Xəbər” Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, PUA-nın ermənilərin mövqelərinə yaxın əraziyə düşdüyü bölmələrimiz tərəfindən müşahidə olunub.
Qeyd edək ki, bu son həftə ərzində düşmən hərbi qulluqçularının qeyri-peşəkarlığı nəticəsində səhvən vurulan ikinci “X-55” tipli PUA-dır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR