Estoniya haqqında bilmədiyimiz maraqlı faktlar…

img20748601.3 milyon nəfərlik Estoniya, gələcəyini tamamilə internet üzərinə qurub və dünyanın bir nömrəli texnologiya dövləti yolunda irəliləyir.
SSRİ-dən ayrılıb, müstəqilliyini elan etdikdən sonra gəlirini sadəcə bir neçə sənaye zavodundan və kağız istehsalından əldə edən Estoniya, 2000-ci ildən bəri bütün kommunal ödənişləri internet vasitəsilə edilir.
Estoniya barəsində çoxları tərəfindən bilinməyən bəzi faktları sizlərə təqdim edirk:
– Ölkənin böyük bir hissəsində demək olar ki, hər kəs pulsuz Wi-Fi şəbəkəsindən istifadə edir.
– Estoniyalı seçicilər 2007-ci ildən bəri namizədlərini online olaraq seçir. Üstəlik dünyanın harasında olursa, olsun…
– 2000-ci ildən bəri hökumət və parlament kağız istifadə etmir və bütün işlər elektron formatda istifadə edilir.
– Səhiyyə sahəsində də işlər eynidir, hətta resept belə, internet üzərindən verilir.
– Uşaqlara 7 yaşından etibarən məktəblərdə kompüter və proqramlar vasitəsilə dərs keçilir.
– Əgər planda bir gecikmə olmasa, 2020-ci ildən etibarən ümumiyyətlə, nəğd puldan istifadə olunmayacaq.
– Bütün ölkələr arasında konstitusiyasında “internetdən pulsuz istifadə etmək bir vətəndaşlıq haqqıdır” maddəsi olan yeganə ölkədir.
Aygün SƏFƏRLİ,
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR