“Eurovision”a rəqib gəlir

434874Beynəlxalq musiqi yarışı olan “Eurovision”a yeni rəqib gələ bilər.

Qafqaznews.az qafqazinfo-ya istinadən bildirir ki, iki ildir, “Eurovision” mahnı müsabiqəsində iştirak edən Avstraliya yeni beynəlxalq musiqi yarışı yaratmaq niyyətindədir. Ölkənin SBS teleşəbəkəsi “Eurovision Asia” adlandırılacaq müsabiqənin keçirilməsi üçün hazırda Hindistan, Çin və Cənubi Koreya kimi böyük yayımçılarla danışıqlar aparır. Şirkətdən bildirilir ki, yeni yarışda eyni formatdan istifadə nəzərdə tutulur.

Səsvermə mexanizminin isə “Eurovision”dakı kimi olacağı bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR