“Eurovision”un nəticələrinə yenidən baxıla bilər

20160517-160743linkAvropa Yayım Birliyi (EBU) “Eurovision-2016”-nın yekun nəticələrinə etiraz əlaməti olaraq 200 mindən çox insanın imzaladığı petisiyanı nəzərdən keçirmək niyyətindədir.
Virtualaz.org “RİA Novosti”yə istinadən xəbər verir ki, etiraz petisiyası change.org saytında yerləşdirilib.

“Petisiyadan xəbərimiz var. Məsələ bu gün müzakirə ediləcək və EBU-nun cavabı daha sonra dərc ediləcək”, – bunu EBU-nun mətbuat katibi Pol Cordan deyib.

O əlavə edib ki, müsabiqənin nəticələrinin dəyişdirilməsi “az inandırıcıdır”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR