Fərda Xudaverdiyevin konsertinə bilet 300 manatdır?

ferda_xudaverdiyev_789Nizami kino mərkəzində mayın 5-i “Selfi naz” adlı stand-up təqdim etməyə hazırlaşan Fərda Xudaverdiyevin konsert bileti haqda verdiyi açıqlama müzakirə mövzusuna çevrilib. Bilet satışı haqda danışan aktyor jurnalistlərə açıqlamasında bildirib ki, konserti ön sıradan izləmək üçün 300 manat ödənilməlidir: “Mən qonorarımı almışam. Bilet satışı ilə şirkət maraqlanır, qiymətləri də onlar qoyur. Stand-up-ı qarşıdan izləmək 300 manatdır”.

Aktyorun açıqlaması birmənalı qarşılanmayıb, sosial şəbəkə istifadəçiləri konsert bileti barədə aktyora iradını bildirib.

Qafqaznews.az  bildirir ki, musavat.com konsertin keçiriləcəyi kino mərkəzi ilə əlaqə saxlayıb və biletlərin qiymətini öyrənib: “Biletin qiyməti 15 manatdan 100 manata kimidir. İlk üç sıra 100 manatdır. Qalan biletlər isə 50-30-20-15 manatadır. 300 manatlıq bilet yoxdur”.

Aktyor F.Xudaverdiyev isə saytımıza açıqlamasında qeyd edib ki, səsləndirdiyi rəqəm sözügedən konsertinə aid deyil:
“Biletin qiymətini konserti təşkil edən, Türkiyənin tanınmış şirkəti təyin edir. Konsertimdə ön 2 sıranın bileti 100 manatdır. Yanlış anlaşılma olub. Mən 300 manatı ümumi qiymət olaraq demişəm. Əslində, stand-up-ı ön sıradan izləmək 100 manat deyil, 300 manat olmalıdır. Bu qiymət mənim konsertimə aid deyil. Vaxt gələcək stand-up-ı canlı izləmək üçün o pulu verəcəklər”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR