Filippinin yeni prezidenti ölkədə ölüm hökmünü bərpa etmək niyyətindədir

img2083132Filippinin yeni seçilmiş, lakin hələ vəzifəsinin icrasına başlamamış prezidenti Rodriqo Duterte ölkədə ölüm hökmünü bərpa etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə “Frans Press”in məlumatında bildirilir. “Mən Konqresi asılma yolu ilə ölüm hökmünü bərpa etməyə çağırmaq niyyətindəyəm”, — deyə Duterte vurğulayıb.
Seçilmiş prezident, həmçinin əlavə edib ki, mütəşəkkil cinayətkar qrup üzvləri və saxlanılan zaman silahlı müqavimət göstərən şəxslərə qarşı güllələnmə əmri verəcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR