Fransa Qətəri məhkəməyə verir: Mundial qalmaqalı

img2097040Fransa 2022-ci ildə keçiriləcək Dünya çempionatına ev sahibliyi etməsi üçün rüşvət verməkdə ittiham olunan Qətəri məhkəməyə verməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu barədə fransız vəkil Elian Houlette “Avropa 1” radiosuna müsahibəsində deyib.
Onun sözlərinə görə, rüşvət iddiaları ilə bağlı bəzi dəlillər mövcuddur: “Qətəri məhkəməyə verməyi planlaşdırırıq. Əlimizdə bunu sübut edəcək dəlillər var. Cinayət işi açılarsa, UEFA-nın sabiq prezidenti Mişel Platini buna müdaxilə etməyəcək”.
Xatırladaq ki, 8 oktyabr 2015-ci ildə FİFA Platininin 6 il beynəlxalq futbol təşkilatlarından uzaqlaşdırılması və 80 min İsveçrə frankı məbləğində cərimə olunması barədə qərar çıxarılıb. Lakin sonradan bu qərar 4 ilə endirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR