Gəncədə “Ukrayna səfiri” saxlanıldı

143478_res_01Gəncə şəhərində özünü Ukrayna səfiri, xeyriyyəçi və işədüzəltmə təşkilatının rəhbəri kimi qələmə verərək dələduzluqla məşğul olan qadın saxlanılıb.

Virtualaz.org-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Gəncə şəhərinin bir neçə sakini polisə müraciət edərək Kifayət adlı qadının onlara yalan vədlər verərək pullarını mənimsəməsi barədə şikayət edib. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdam rayonunda anadan olan, hazırda Ukrayna Respublikasının vətəndaşı, 1968-ci il təvəllüdlü Kifayət Rəhim qızı Həşimova saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, K. Həşimova respublikanın müxtəlif bölgələrində vətəndaşlara yalan vədlər verərək onların 50 min manatdan çox pulunu mənimsəyib. Gəncədə isə onun 20 min manatlıq dələduzluq faktı qeydə alınıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR