Gəncə merinin müavini Amerikadakı “Tornado”nu yada saldı

mikayil zeynalov 010513Mikayıl Zeynalov: “Heç bir qasırğa yoxdur, şəhər təsərrüfatına və yaşayış binalarına ziyan dəyməyib”

Bu gün saat 15 radələrində Gəncəyə qısa müddətli yağan dolu sonra güclü yağış və küləklə əvəzlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, güclü yağış şəhər təsərrüfatına ziyan vurmasa da, bəzi tikililərin zirzəmilərinə su dolub. Gəncə şəhər Fövqəladə Hallar Komissiyasından bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin və Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin su çəkən avtomobilləri hazırda su dolan zirzəmilərdə işləyir.

Təhlükəsizlik məqsədi ilə şəhərin bəzi ərazilərinə elektrik enerjisinin verilişində qısa müddətli fasilə yaransa da, artıq şəhərdə enerji təminatı bərpa olunub. (APA).

Xatırladaq ki, bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumatda Gəncədə güclü yağış və küləkli hava şəraitinin olacağı bildirilmişdi. Lakin mətbuatdakı məlumatları izlədikdə, belə düşünmək olar ki, güclü yağışlar Gəncəni qəfil yaxalayıb. Görəsən, Gəncə Şəhər İcra Hakimiyyəti hava proqnozları ilə bağlı məlumatlara vaxtında reaksiya verərək tədbir görübmü?cba45d3030421c82071778c4d97f0acc

Bu və digər suallarımıza cavab tapmaq üçün Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalova müraciət etdik.

“Gəncədə vəziyyət qaydasındadır. Qısa müddət yağış yağıb, bir az da küləklə müşaiyyət olunub. Heç bir qasırğa, yaxud mətbuatda gedən heç bir ciddi fəlakət olmayıb. Bəzi saytlar Amerikadakı “Tornado”nun şəklini qoyublar. Belə şey yoxdur. Müəyyən problemlər yaranmışdı, onları aradan qaldırmaqla məşğuluq, FHN-in Gəncə şöbəsinin əməkdaşları da yerlərdə çalışırlar. Hazırda iş gedir. Bir neçə binanın zirzəmisinə su dolub, xüsusi texnika ilə yaranan problemləri aradan qaldırırıq, su çəkilir”, – deyə M.Zeynalov Qafqaznews.az-a açıqlamasında qeyd edib.

Biz ETSN-in məlumatı ilə bağlı qabaqcıl tədbirlər görülüb-görülmədiyini soruşduq.

“Əlbəttə tədbirlər görülüb və yenə də görürük. Şəhər təsərrrüfatına da, yaşayış binalarına da ciddi ziyan dəyməyib. Zirzəmiyə su dolması ilə bağlı altı-yeddi ünvandan müraciət olunub, binalara heç bir ziyan dəyməyib, qəza vəziyyəti yaranmayıb”, – deyə Gəncə merinin müavini əlavə edib.

Rüfət Əhmədzadə

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR