General Məhərrəm Əliyevin sabiq işçisi Binəqədi RİH-də hansı “xahiş”ləri yerinə yetirir?

 Безымянный copyMKTB sədri Qarabağ qazisinin torpağını zəbt etməkdə Adil Əliyevə yardım edib?

Bu il mayın 12-də Qafqaznews.az-da “Binəqədi RİH Qarabağ qazisinin torpağını deputatın qayınanasına qanunsuz“hədiyyə” edib?” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Qarabağ qazisi Oruc Məmmədovun 7-ci mikrorayonda torpaq sahəsinin deputat Adil Əliyev tərəfindən qanunsuz zəbt olunması ilə bağlı şikayətinə işıq salınmış, bu istiqamətdə jurnalist araşdırması aparılmışdı. Mayın 10-da Qafqaz Xəbər Agentliyinə müraciət edən O.Məmmədov bildirmişdi ki, 1991-ci ildən könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb, 1999-cu ildə isə kapitan rütbəsiylə təqaüdə çıxıb.IMG_1534

“Təqaüdə çıxdıqdan sonra, sərbəst olaraq kiçik ticarətlə məşğul olmuşam, hər hansı yerdə çalışmamışam. 2006-cı ildə Binəqədi Rayonu 7-ci mikrorayon ərazisində, S.S.Axundov küçəsində Binəqədi Bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli, 499/2 saylı qərarı ilə 4000 kvadrat metr (40 sot) torpaq sahəsi əldə etmişəm. Lakin maddi vəziyyətim çətin olduğuna görə, həmin yerdə hər hansı obyekt və ya ev tikməmişəm. 2011-ci ildə MTN çetesi tərəfindən şərlənərək, bir tanışımın mənə aidiyyatı olmayan işi üzrə həbs olunmuşam.

Həmin vaxt 8 il 6 ay həbs cəsası alsam da, 2014-cü ilin avqustunda tam bəraət qazandım və haqsız olaraq həbs edildiyimə görə, dövlət tərəfindən 10 min manat kompensasiya ödənildi. Həbsdən çıxdıqdan sonra,2014-cü ilin avqustunda mənə məxsus olan torpaq sahəsinə baş çəkmək üçün həmin əraziyə getdim, gördüm ki, torpaq sahəsinin bir tərəfində obyekt tikilir. Tikintinin hansı əsasla aparıldığını soruşsam da, mənim sualım cavabsız qaldı. Həmin obyekt indi “Çıraq Palas” adı ilə fəaliyyətdədir. Bir müddət sonra, Adil Əliyevin yaxın adamı Rüstəm Rüstəmov mənlə əlaqə saxlayaraq, görüşdü. O söz verdi ki, məni Adil Əliyevlə görüşdürəcək və hətta, torpaq sahəsinin qalan yerini də pulla məndən alacaqlar. Rüstəm mənə kompensasiya söz versə də, heç bir nəticə əldə olunmadı. O vaxtdan hər il 400 manata yaxın torpaq üçün vergi verirəm”, – deyə Oruc Məmmədov bildirib.siaphoto_504509

Qafqaz Xəbər Agentliyinə daxil olan rusdilli Kavkaznews.az saytı məsələ ilə bağlı araşdırma aparmış, Oruc Məmmədovun şikayəti üzrə Bakı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsi Nazim İsmayılovun adından vətəndaşa göndərilən 3 mart 2016-cı il tarixli məktubu işıqlandırmışdı: ““Baxış zamanı Dövlət Reyestr Xidmətinin verdiyi çıxarışlara əsasən, Abdullayeva Qətibə Məmməd qızına məxsus olan və 7-ci mikrorayon S.S.Axundov küçəsi 20 “a” ünvanında yerləşən 0,04354 ha (4 sot) torpaq sahəsində Binəqədi RİH-in 27 may 2013-cü il tarixli, 171 nömrəli sərəncamı ilə “Çıraq Palas” şadlıq sarayının inşa olunduğu müəyyən olunmuş, Qətibə Abdullayeva deputat Adil Əliyevin onun kürəkəni olduğunu, lakin şadlıq sarayının tikintisinin sonuncuya heç bir aidiyyətinin olmadığını bildirmişdir”.

Sonradan Kavkaznews.az saytı araşdırmanı davam etdirərkən, Binəqədi RİH ictimai-siyasi şöbəsinin müdir müavini Rauf Həsənov saytın əməkdaşına bildirib ki, S.S.Axundov küçəsi 20 “a” ünvanındakı torpaq sahəsi RİH-in balansında deyil. Lakin RİH-in balansında olmayan torpaq sahəsi deputat Adil Əliyevin qayınanasına necə verilib, bu barədə əməkdaşımızın sualı cavabsız qaldı. Bakı ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin istintaq şöbədinin rəisi Məmmədağa Əhmədov isə Kavkaznews.az-a belə deyib: “Məsələn bu hissəsinin bizə aidiyyatı yoxdur. Ona görə də, biz faktı araşdıran rayon prokurorluğuna müraciət etdik. Hazırda Binəqədi rayon prokurorluğunda araşdırma gedir”, – deyə M.Əhmədov bildirdi. “O torpaq sahəsi RİH-ə aid olmadığı halda, Binəqədi RİH necə sərəncam verib?”, – deyə soruşduq.dsc_2029_612-1

“Bəli, bu qanunsuzdur, biz bu işi araşdırmaq üçün prokurorluğa göndərmişik”, – deyə M.Əhmədov cavab verib. Deputat Adil Əliyev isə “qayınanamın adınadır, mənə aidiyyatı yoxdur, prokurorluğa getsin” deyərək, bu məsələ haqqında geniş danışmaqdan imtina edib. Göründüyü kimi, ortada şikayət, açıqlamalar və faktlar var. Biz müstəqil mətbuat qurumu olaraq, təəssüf ki, prokurorluğun işi necə apardığını deyə bilmərik. Prokurorluğun araşdırma zamanı mətbuatdakı yazılardan yararlanıb-yararlanmadığından da xəbərimiz yoxdur. Lakin jurnalistlərin araşdırma hüquqlarını əldə əsas tutaraq, bu məsələdə rolu olan və ya el arasında demişkən “canfəşanlıq edən” şəxsləri müəyyən etməyə çalışdıq. Görəsən, necə olub ki, RİH-in balansında olmayan torpaq sahəsi ilə bağlı deputatın qayınananasına sənəd verilib və orda heç bir maneəsiz şəkildə şadlıq sarayı ucaldılıb?

Araşdırmalar zamanı, Binəqədi RİH-də Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) sədri Azər Məmmədovun da bu məsələdə Adil Əliyevə dəstək verməsi barədə məlumatlar da əldə etdik. Xatırladaq ki, 2015-ci noyabrın 22-də Qafqaznews.az saytında Binəqədi MKTB-nin sədri “Azər Məmmədovun qaranlıq keçmişi” başlıqlı yazı dərc olunmuşdu.

Yazıda bildirilir ki, Binəqədi RİH-də Xaləddin İsgəndərovun “vuran əli” hesab olunan Azər Məimgmmədov əvvəllər Bakı ŞBPİ-nin narkotiklərlə mübarizə şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edib. Onun keçmişi barədə isə redaksiyamıza ilıginc məlumatlar daxil olub. Belə ki, məlumata görə, Məmmədovla bir şöbədə çalışan polis mayoru Vaqif Bayramovun seyfindən külli miqdarda narkotik çıxır və Vaqif Bayramov həmin narkotiki otaqdan çıxarmağı bir iş yoldaşı kimi Azər Məmmədovdan xahiş edir.

4814“Azər Məmmədov narkotiki çıxarmaq istəyəndə yolda Bakı ŞBPİ-nin o vaxtkı rəisi Məhərrəm Əliyevlə üz-üzə gəlir. Həmin anın şahidlərinin dediyinə görə, Məhərrəm Əliyevlə Azər Məmmədovun arasında nə baş verirsə, həmin gündən Azər Məmmədov “Qorotdel”dən qaçaq düşür. Və sonradan Binəqədi rayon icra hakimiyyətində lövbər salır. Və… Onu da qeyd edək ki, Azər Məmmədovxaledddd Bakı ŞBPİ-də çalışanda kimisə narkotiklə tutub idarəyə gətirəndə, öz xidməti otağında həmin şəxsə protokol tərtib edib üstünə baxış keçirməli olurdu.Qafqaznews.az-a verilən məlumata görə həmin protokola hal şahidi kimi isə, kimlərisə qeyd edirdi ki, guya onların iştirakı ilə tutulanın üstündən narkotik çıxıb və onların iştirakı ilə həmin şəxsə protokol tərtib olunub. Yəni mexanizm belə idi. Söhbət Bakı ŞBPİ-nin əməkdaşlarından getmir, hal şahidlərindən gedir. Həmin hal şahidlərini Azər Məmmədov sonradan Binəqədiyə “transfer” elədi.

Bu gün Binəqədi rayonu ərazisində kim öz həyətində daşı-daşın üstünə qoymaq istəyirsə, həmin keçmiş “hal şahidləri” tikinti hqdefault-5sahiblərindən pul tələb edir. Bir sözlə, Azər Məmmədov öz üzdəniraq “komanda”sını Xaləddin İsgəndərov üçün istifadə edir”, – deyə mənbə qeyd edib.

Beləliklə, “Çıraq Palas” məsələsində Məhərrəm Əliyevin qardaşı Adil Əliyevin adının hallandırıldığını nəzərə alsaq, ortaya bir sıra suallar çıxır: Azər Məmmədovun hələ də bu qardaşlarla hansısa münasibəti qalıbmı? Bəlkə də, MKTB sədri “keçmişdəki günahları”nı yumaq üçün, deputatın “bəzi xahişləri”ni yerinə yetirib? Araşdırmamız davam edir.

Sənan Məmmədli

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR