Girdiman çayında batmış kişinin cəsədi tapılıb

River_100708Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə İsmayıllı rayonu, Namazgah kəndi ərazisindən keçən Girdiman çayında (ən yaxınlıqdakı məntəqədən 160 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-dən Trend-ə verilən məlumata görə, dərhal nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1974-cü il təvəllüdlü, Kərimli Kamal Rəhman oğlunun cəsədi batdığı yerdən 10 km aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 05:00-da başa çatıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR