Dövlət Gömrük Komitəsindən mətbuata hörmətsizlik: Aydın Əliyev tapşırıb?

Безымянный copyGeneral Ehtiram Xəlilovun qohumu Göyçayda rüşvət şəbəkəsi yaratmaqda və İnternat məktəbinin həyətində villa tikməkdə ittiham olunur

Gömrük polkovniki Natiq Axundov jurnalistlərlə danışmağı bacarmır, ya sadəcə istəmir?

Dövlət Gömrük Komitəsinin Aksiz Baş Gömrük İdarəsinin rəisi, general-mayor Ehtiram Xəlilovun əmisioğlu olduğu deyilən, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Göyçay rayon şöbəsinin müdiri Kamran Xəlilovla bağlı şikayətlər səngimək bilmir.

Qafqaznews.az xəbər verir ki, Teref.info-ya şikayət məktubu göndərən Göyçay rayon sakinləri Seyidov Azər Əliəjdər oğlu, Babayev Pünhan Hamlet oğlu və Qasımov Sahib Dadaş oğlu DMSF Göyçay şöbəsinin müdiri Kamran Xəlilovun özbaşınalığından şikayət ediblər.

Məktubda deyilir: “Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon Şöbəsinin müdiri Kamran Xəlilovun ruhi xəstəliyə görə hərbi xidmətə yararsız hesab edilməsinə baxmayaraq belə bir mötəb20160415_164107ər vəzifəyə yararlı hesab edilmişdir. Bunun da bir səbəbi isə onun arxasında əmisi oğlu ,gömrük generalı Ehtiram Xəlilovun dayanmasıdır. Elə bu səbəbdəndir ki, ruhi xəstə sənədi alan Kamran Xəlilov həqiqətən də ruhi xəstə kimi davranaraq, dövlət vəsaitini göyə sovurur. Atalar yaxşı deyib “dəliyə yer ver, əlinə bel ver”.

2009-cu ilin oktyabr ayı tarixində bu vəzifəyə təyin edilən Kamran Xəlilov rüşvət hesabına çoxlu sayda rayon sakinlərinə saxta əmək stajı təyin etdirib dövlətə küllü miqdarda zərərlər vurmuşdur.Hansı ki, məhkəmə qaydasında iş stajının müəyyən edilməsi faktının təsdiq edilməsinə dair Göyçay rayon məhkəməsində qaldırılan iddialar üzrə keçirilən iclaslarda maraqlı şəxs kimi çıxış edən Dövlət Sosial Müdafiə Fondunun Göyçay rayon şöbəsi saxta sənədlərlə, yalançı-saxta şahidlərlə razılaşıb saxta və qanunsuz qətnamələrin çıxarılmasına şərait yaratmış, həmin qətnamələrdən apellyasiya şikayəti verməmişdir.

13230862_232705077105637_2146641388_oHəmin qətnamələr əsasında indiyə kimi 5000 nəfərdən çox şəxsə saxta iş stajı təyin edilmişdir. Əgər araşdırılarsa, həmin şəxslər göstərilən yerlərdə işləməyiblər. Sadəcə bütün bu saxtakarlıqları əvvəlcədən danışılmış şəkildə Kamran Xəlilov özü hazırlayıb, məhkəmədə qanunlaşdırıb, külli miqdarda qazanca sahib olur. Bu saxtakarlığın obyektiv yoxlanılmasına zərurət var. Ruhi xəstə olan Kamran Xəlilov Göyçay şəhərində Səməd Vurğun adına İnternat məktəbinin həyətində özünə böyük bir villa tikdirib.Həmin yer uşaq internat məktəbinin həyətyanı sahəsi olsa da bələdiyyə sədri ilə əlbir olub həmin yeri qanunsuz olaraq zəbt etmişdir. Kamran Xəlilovun bütün fəaliyətinin obyektiv yoxlanılmasına zərurət olsa da əmisi oğlu general Ehtiram Xəlilov bunu mümkünsüz etmişdir.

Kamran Xəlilov hazırda çox əlləşir ki, yeni yaradılacaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon şöbəsinin rəhbəri vəzifəsinə təyin olunsun. Nəinki yeni yaradılacaq mötəbər vəzifəyə ,hətta bu ruhi xəstənin DSMF-nin Göyçay rayon şöbəsinin müdiri vəzifəsində qalması dövlətin adına bir ləkə olmaqla yanaşı həmçinin dövlətin büdcəsini təhlükə altında qoymuşdur.20160403_131843

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Zakir Qaralova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova , Hesablama Palatasına, DSMF-nin sədri cənab Elman Mehdiyevə müraciət edib xahiş edirik bu cinayət faktını obyektiv araşdırıb Kamran Xəlilovun barəsində ciddi tədbirlər görəsiniz”.

Biz Qafqaznews.az olaraq, məsələyə aydınlıq gətirmək üçün məlumat bürosundan DSMF Göyçay Rayon şöbəsinin iki nömrəsini əldə etdik, birinci nömrəyə (0202746135) zəng etdiyimizdə bir müddət sonra faks siqnalı gəldiyindən, digər nömrəyə (0202746159) zəng etdik.

Özünü təqdim etməyən xanım əməkdaş dedi ki, müdir yuxarıdadır və çıxıb onu çağıra bilməz.

“Siz 0202746135 nömrəsinə zəng edin, Kamran müəllim özü götürəcək”, – deyə xanım əməkdaş bildirdi.

“Axı həmin nömrə faksa birləşdirilib. Xahiş edirəm, bizə kömək edin, Kamran müəllimlə danışaq. Əlaqələndirə bilərsiniz?”, – deyə soruşduq.

“Yox, burdan mümkün deyil. Mən qalxıb Kamran müəllimi aşağı çağırım? Öz nömrəsidir, zəng edin, cavab verəcək. Başqa nömrə yoxdur”, – deyə xanım cavab verdi.

Biz dəfələrlə birinci nömrə ilə əlaqə saxlasaq da, belə anladıq ki, Kamran Xəlilovun iş telefonu bir neçə saat ərzində faksa qoşulu qalıb, ya da müdir məqsədli şəkildə “dünya ilə əlaqəyə çıxmaq” istəmir.

Dövlət Sosial Müdafiə Fondu ilə də əlaqə saxlamağa, mətbuat xidmətinin fikrini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz nəticəsiz qaldı. Məsələnin birbaşa Dövlət Gömrük Komitəsinin fəaliyyətinə aidiyyatı olmasa da, şikayətdə gömrük generalının adı keçdiyindən, bu qurumla və hətta birbaşa generalın özü ilə də əlaqə saxlamaq ehtiyacı yarandı.

Bəlkə, heç Ehtiram Xəlilovun adıçəkilən Kamran Xəlilovla əlaqəsi yoxdur? Lap qohumluq əlaqəsi olsa da, bəlkə, elə cənab general Ehtiram Xəlilov bu məsələyə müdaxilə edəcək və qohumu barədə şikayətlərin araşdırılmasına təşəbbüs göstərəcək? Axı, bir generalın qohumu korrupsiyada, internat həyətini zəbt edib villa tikdirməkdə ittiham olunursa… elə nümunəvi general kimi də, bu məsələnin ciddi araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edə bilərdi.

Bu barədə hər hansı fikir öyrənmək də, mətbuatın haqqı və vəzifəsidir. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin rəhbəri, gömrük polkovniki Natiq Axundova zəng edərək, ondan Ehtiram Xəlilov barədə soruşduq. Natiq Axundov bizim sualımıza sualla cavab verdi: “Neynirsiz ki?”.

“Deməli, Göyçay sakinləri bizə müraciət ediblər. Dediklərinə görə, DSMF-nin Göyçay şöbəsinin müdiri Kamran Xəlilov Ehtiram Xəlilovun…” – və biz sözümüzü bitirməmiş, DGK-nın mətbuat xidməti dəstəyi asdı. Sonra dəfələrlə onunla əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab vermədi.

Axundov_NatiqMaraqlıdır, gömrük polkovniki Natiq Axundov jurnalistlərlə danışmağı bacarmır, ya istəmir? Məsələn, Natiq Axundov bizimlə başqa cür də danışa bilərdi. Heç informasiya verməsə də belə, mülayim tonla “sizə tezliklə zəng edəcəm” deyib saatlarla intizarda saxlaya da bilərdi. Artıq çoxdandır ki, Natiq Axundov ya bizi arxayın edərək istədiyimiz məlumatı vermir, ya da ümumiyyətlə zənglərimizə cavab vermirdi. Bu dəfə isə, görünür, gömrük polkovniki “baltanı dibindən vurmaq” istədi. Görəsən, Natiq Axundovun mətbuatla belə davranışı onun şəxsi təşəbbüsüdür, yoxsa birbaşa DGK sədri Aydın Əliyevin tapşırığıdır? Bəlkə, hörmətli general-leytenant özü mətbuat katibinə tapşırıq verib ki, beşotaqlı mənzil bağışladığı jurnalistlərdən savayı heç kimlə əməkdaşlıq etməsin?

Biz müstəqil mətbuat olaraq, heç bir qurumla və ya vəzifə sahibi ilə şəxsi qərəz güdmürük. Bizə lazım olan şey sadəcə dürüst əməkdaşlıqdır. Əməkdaşlıq deyərkən, başqa şey anlamayın. Biz özümüzə lazım olan məlumatları da almaq istəyirik, hər hansı qurumun press-relizlərini dərc etməklə, vəzifəmizi bitmiş bilmirik. Qarşı tərəfin geniş, dolğun və mülayim mövqeyini dərc etməyə hazırıq.

Tamerlan Zeynallı

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR