Göyərti satan qadın qardaşının nazir olduğunu bazarda öyrəndi – VİDEO

437268Türkiyənin yeni seçilən nazirinin bacısı xoş xəbəri bazarda öyrənib

Qafqaznews.az anspress-ə istinadən bildirir ki, elm, sənaye və texnologiya naziri olan Faruk Özlünün bacısı Düzcə rayonun Topçular kəndində bazarda çalışır. Mürvet Çolak bazarda tərəvəz satır. Qardaşının nazir olduğunu da o, məhz piştaxta arxasında olarkən alıb.

63 yaşlı qadına xoş xəbəri bazar yoldaşları veriblər. “Vətənə, millətə xeyirli olsun. Çox sevindim. Qardaşım işgüzar, dürüst, tutduğunu qoparan adamdır. Çox çalışqan olduğu üçün gözləntimiz də çoxdur. Onu xalq çox sevir. Ona görə də deputat seçib”.

Beş bacı-qardaş olduqlarını deyən qadın nazir qardaşının onlara tez-tez baş çəkdiyini bildirib. Onun sözlərinə görə, atası hər zaman onları dövlətin yolunda çox çalışmağa səsləyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR