Güclü külək və dolu Tovuzu bu hala saldı – VİDEO

hebsTovuz rayonuna dünən axşam saatlarında yağan dolu əsasən Kirən, Böyük Qışlaq, Çatax ,Yanıxlı və Köhnə Qala kənd sakinlərinə ziyan vurub. İri buz parçları kartof sahələrini, meyvə bağlarını məhv edib.

Kəpəz TV (Region TV) xəbər verir ki, güclü külək Köhnə Qala kəndində hündürlüyü 20 metrdən çox olan iri gövdəli ağacı aşırıb.  Nəticədə elektrik naqilləri, dirəklər və bir neçə sakinin sayğacı sıradan çıxıb. Yaşayış məntəqəsinin bir hissəsinə elektrik enerjisinin verilişində problemlər yaranıb. Dolu dağ kəndi olan Kirəndə sakinlərinin təsərrüfatındakı 100-dən artıq toyuq-cücəni tələf edib.

Rayon Fövqəladə Hallar Komissiyası yaşayış məntəqələrinə dəyən ziyanı hesablayır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR