Günün qoroskopu: prosesləri gərginləşdirməyin

скачанные файлыQOÇ – İxtiyarınızda olan bu şıltaq təqvim sizin üçün uğurlu olmalıdır. Odur ki, vaxtınızı boşa verməyin. Müxtəlif ünvanlara baş çəkməklə maddi və mənəvi rahatlıq qazana bilərsiniz.
BUĞA – İştirakçısı olduğunuz prosesləri gərginləşdirməyin. Qanqaraldan işlərə meyl etməsəniz, hörmətiniz artacaq. Günün ikinci yarısını bütünlüklə maliyyə məsələlərinə həsr edin.
ƏKİZLƏR – Həqiqətə yaxın olan arzularla yaşayın. Paxıl və bədxah adamlara fikir verməyin. Gələn ay üçün görəcəyiniz işləri indidən planlaşdırın. Uzaq səfərə çıxmağı isə təxirə salın.
XƏRÇƏNG – Daxili gərginliyiniz xeyli səngiyəcək. Bu isə başınıza yeni ideya və perspektivli fikirlərin gəlməsinə səbəb olacaq. Həlli mürəkkəb olan işlərə girişməyin. Sizə passivlik yaraşmır.
ŞİR – Hər bir məsələdə qanunauyğun addım atın. Saxta iş görmək, yalan vəd vermək, məsuliyyətsizlik sizi gözdən sala bilər. Elə edin ki, etibarlı müttəfiq imiciniz öz qüvvəsində qala bilsin.
QIZ – Daxili duyğularınızı tənzimləmək üçün fiziki işlərdən uzaq olun. Bu gün ulduzlar məclislərdə iştirakınızdan da xəbər verir. Dəvətləri qəbul etməyə çalışın. Səhhətinizə fikir verin.
TƏRƏZİ – Sürprizlərlə dolu bir təqvim yaşayacaqsınız. Kiçicik gərginlikləri nəzərə almasaq, ətrafınızda cərəyan edən hər bir hadisə ürəyinizcə olacaq. Maraqlı görüşləriniz gözlənilir.
ƏQRƏB – Axşam saat 15-ə qədər nəzərdə tutduğunuz planları reallaşdırmaqda heç bir problemlə rastlaşmayacaqsınız. Sonrakı müddətdə isə ehtiyatlı olun. Axşam saatlarını evdə keçirməlisiniz.
OXATAN – Ümumi durumunuz qənaətbəxş olsa da, mənəvi problemlərə dözümsüzlüyünüz işləri korlaya bilər. İndi sizə enerji itirmək yox, güc toplamaq lazımdır. Axşam bir neçə sürprizə hazır olun.
OĞLAQ – Fəaliyyət zəminində uğurlarınız xeyli artacaq. Bu istiqamətdə sizə etibar etdiyiniz bəzi insanlar da kömək edə bilər. Amma nəzərə almalısınız ki, mənfi enerjili Ay səhər saatlarından bürcünüzdədir.
SUTÖKƏN – Taleyüklü məsələlərin həlli üçün perspektivli təqvimdir. Mövcud problemlərinizi aradan qaldırmaq üçün əhəmiyyət kəsb edən adamlarla görüşün. Məsuliyyətsizlik etməyin.
BALIQLAR – Müəmmalı bir tarixdir. Özünüzlə bağlı situasiyaları nəzarətdə saxlaya bilməyəcəksiniz. Yaxşı olar ki, etibar etdiyiniz adamların rəyi ilə hesablaşasınız. Sizə kömək göstərəcəklər.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR