Günün qoroskopu: sizə kömək edənlər tapılacaq

img2038647QOÇ – Olduqca riskli gündür. Çıxardığınız qərarlar yaxın gələcək üçün taleyinizi həll edə bilər. Göy qübbəsi haqqınızda nikbindir. Amma nəzərə alın ki, mənfi enerjili Ay bürcünüzdədir.
BUĞA – Bu təqvimdə aktivliyinizi birə-beş qat artırmalısınız. Ona görə də şəxsi məqsədləriniz naminə müəyyən ünvanlara baş çəkməyiniz vacibdir. Əmin olun ki, sizə kömək edənlər tapılacaq.
ƏKİZLƏR – Maliyyə problemlərinə görə darıxmayın. Ulduzlar yaxın vaxtlarda sizi varlandıracaq. Bu günsə evlə bağlı maneələrin həllinə çalışmalısınız. Səhhətinizə ciddi yanaşın.
XƏRÇƏNG – Ailə üzvlərinizlə müəyyən anlaşılmazlıqlarınız gözlənilir. Çalışın ki, yaranmış konfliktləri sülhə doğru istiqamətləndirəsiniz. Tanrıya zidd addımlardan əl çəkin.
ŞİR – Qarşınızda duran öhdəliklərin çoxluğu sizi üzməməlidir. Əgər bu vəzifəni icra etməkdə tərəddüdünüz varsa, dost-tanışlarınızın məsləhətlərindən bəhrələnin. Qətiyyətli olun.
QIZ – Şəxsi münasibətlərdə meydana çıxan mübahisəli situasiyalar qismən də olsa, qaydasına düşəcək. Sadəcə, təmkin göstərmək lazımdır. Bu gün ocaq və pirlərə getmək düşərlidir.
TƏRƏZİ – İşgüzar sövdələşmələrdə iştirak etmək və gələcək planları götür-qoy etmək üçün səmərəli gündür. Axşamı bütünlüklə sevdiyiniz insanlara həsr edin. Onlarla birgə olmağa çalışın.
ƏQRƏB – Kənardan kömək göstərən olmasa, hansısa cəhdinizin baştutma ehtimalı reallaşmayacaq. Ümumiyyətlə, bu tarixdə yalnız başqalarının məsləhəti ilə hərəkət etməlisiniz. Axşam qonaq getməyə dəyər.
OXATAN – Fikir və düşüncələrinizdə qətiyyətli olsanız, hər hansı problemlə rastlaşmayacaqsınız. İqlimin təhərindən asılı olmayaraq günün ikinci yarısında qonaq getmək əlverişlidir.
OĞLAQ – Ümumi məziyyətlərinə görə xoş gündür. Bir şərtlə ki, işgüzar sövdələşmə və müzakirələrinizi bir kənara qoyasınız. Qarşılıqlı münasibətlərdə ürəyinizcə olan hadisələr mümkündür.
SUTÖKƏN – Astroloji göstəricilər ovqatınızın havadan asılı olduğunu bəyan edir. Deməli, iqlim ürəkaçan olsa, nəzərdə tutduğunuz işlər də qaydasında gedəcək. Özünüzü gərginliyə salmayın.
BALIQLAR – O qədər də uğurlu gün deyil. Maneələriniz çox olacaq. İkitərəfli danışıqlarda təşəbbüskarlığı əldə saxlayın. Əsas diqqətinizi maliyyə problemlərinə və səhhətinizə yönəldin.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR