Həmkəndliləri tərəfindən döyüldü, özünə xəsarət yetirdi ( FOTO)

dava1Anar Məmmədov stəkan sındırdığına görə döyülüb.

“Gördüm ki, uşaq qan içindədir”

Daşkəsəndə kütləvi dava baş verib, xəsarət alan var.

Kəpəz TV (Region TV) xəbər verir ki, Daşkəsəndə kafelərin birində sındırılan stəkan kütləvi davaya səbəb olub. Dava zamanı həmkəndliləri tərəfindən döyülən şəxs sonradan kəsici alətlə özünə daha ağır xəsarət yetirib.

Daşkəsən rayonunun Quşçu kəndində kafelərin birində kütləvi dava baş verib. Münaqişə zamanı kənd sakini 33 yaşlı Anar Məmmədov həmkəndliləri tərəfindən döyülüb. Bundan hiddətlənən Anar Məmmədov qolunun müxtəlif hissələrinə kəsici alətlə  xəsarət yetirib. Daha sonra o, Gəncə Şəhər Təcili Tibbi yardım Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilib, vəziyyəti orta-ağırdır.

Zabit Vəliyev – həkim: “Qolunun sol sayt nahiyyəsinə çoxsaylı kəsilmiş yara xəsarətləri yetirib. Xəstə qəbul olunduqdan sonra yaralar birinci cərrahiyyədə işləndi. Sarğı qoyulduqdan sonra ambulator müalicəyə göndərildi”.

Zərərçəkənin valideynlərinin sözlərinə görə, Məmmədovu həmkəndliləri Niyazi və Vüqar adlı şəxslər döyüb. Hadisəyə səbəb isə Anarın kafedə stəkan sındırması olub.

Zirrəddin Məmmədov – zərərçəkənin atası: “Evdə xəbərlərə baxırdım. Bir də dedilər ki, Anarı aşağıda döyüblər. Gəldik ki, qan aparır. Camaatda başına yığılıb”.

Çiçək Məmmədova – zərərçəkənin anası: “Özü ara-sıra danışırdı. Dedi mən çayxanada çay içirdim. Vüqar gəlib mənim başıma vurdu. Ordada bir Niyaz var, əvvəllər polisdə işləyib, indi təqaüdə çıxıb. Onunla ikisi birləşdi, məni döydü. Yatan özü dəqiqini bilir. Mən gələndə gördüm ki, qan içindədir. Qolunu da sarıyıblar”.

&cte=binary” width=”454″ height=”327″ />
&cte=binary” width=”454″ height=”327″ />
&cte=binary” width=”454″ height=”327″ />
&cte=binary” width=”454″ height=”327″ />

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR