Hitlerin şifrə maşını “eBay”də 10 funta satıldı

438857İngiltərədə Hesablama texnikası Milli muzeyində könüllülər Adolf Hitlerin şifrə maşınını “eBay” saytı vasitəsi ilə auksionda 10 funt sterlinqə alıblar.

Qafqaznews.az Trend-ə istinadən bildirir ki, Hitler “Lorents” (Lorenz) maşınından İkinci Dünya müharibəsi zamanı özünün generallarına məxfi məlumat ötürmək üçün istifadə edib.

Çap maşınını xatırladan “Lorents” şifrə maşını sonradan xüsusi qurğu ilə şifrələnən alman dilində sadə məlumatların yazılması üçün istifadə olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR