Hüquq mühafizə orqanlarında sələmçi Fatma Yolçiyevanı kim himayə edir? FOTO

 Безымянный copy“O, hətta sabiq İTV rəhbəri İsmayıl Ömərovun mərhum qardaşını da sələm oyununa salıb”

Fatma Məhəmməd qızı Yolçiyeva adlı sələmçi qadın barədə Qafqaznews.az saytında bir neçə yazı dərc etmişik. Hətta onun əməllərindən zərərçəkən bir neçə şəxs ərizə qaydasında Qafqaz Xəbər Agentliyinə müraciət ediblər. Bir müraciət də Zeynalov Nadirin əmlakını ələ keçirməyi ilə bağlıdır. “2011-ci ildə mənim pula ehtiyacım var idi, borca pul axtarırdım. Ortaq tanışlar vasitəsilə Fatma Yolçiyeva adlı qadını tanıdım. Mən Fatmadan 10 min manat borc istədim və o, məndən Nərimanov rayonu İslam Abışov küçəsi ,49 ünvanında olan 55,4 kvadrat metrlik obyektimi, 3,4 sot torpağı girov istədi. Fatma mənə dedi ki, mənə o məbləği verə bilər, amma aylıq 10 faizlə. Mənə vacib pul lazım idi, ona görə razılaşdım. Onun sözlərinə görə, guya bu pulu başqasından alacaqdı və 10 min məbləğin 4 faizini əvvəlcədən “şapka” kimi götürəcəkdi.
IMG_1549-1-1-1O demişdi ki, borc notarial qaydada rəsmiləşməlidir və mən də razılaşdım. Mənə boş blanklar imzalatdırdı. Sonradan öyrəndim ki, Fatma Yolçiyeva məni aldadaraq alqı-satqı həyata keçirib”, – deyə N.Zeynalov qeyd edib. N.Zeynalovdan savayı, redaksiyamıza iş adamı Sudef Məcidov müraciət edib.    “2011-ci ildə Nəsimi rayonu Hüseynbala Əliyev küçFatma5əsi, 15 ünvanında yerləşən 180 kvadrat metrlik mağazamı Yolçiyeva Fatma girov adı ilə aldadaraq ələ keçirdi. 2011-ci ilin sonunda Fatma Yolçiyeva məni 9 saylı notariat kontoruna apardı, mənə alqı-satqı sənədləri imzalatdıraraq bildirdi ki, “biz alqı-satqı etsək də, əslində bu girovdur, borcu qaytaranda mağazanı da qaytaracam”.

IMG_1596F.Yolçiyeva mənə verdiyi 200 min manat sələmdən dərhal 30 min manatı alıb və bunu 2 ayın faizinə hesabladığını deyib. Mən F.Yolçiyevaya 200 min manatın 7,5 faizi hesabı ilə hər ay 15 min manat pul verməliydim. Fatma Yolçuyevaya ilk gündəki 30 min manatdan əlavə, sonrakı iki ayda daha 30 min pul vermişəm”, – deyə S.Məcidov qeyd edib.

O, 2012-ci ilin aprelin 12-də şərlənərək həbs olunduğunu və həbsdə olduğu vaxta Fatmaya pul ödəməyə imkanı çatmadığını deyib.

“F.Yolçiyeva bu müddətdə mənim obyektimi tam ələ keçirərək,başqalar13250497_993344894065086_660537489_n-2-1-1ına icarəyə verir və hər ay 14 min manata yaxın pul qazanır. Mənim mağazamın iki milyon beş yüz min manat qiyməti olsa da, o obyekt Yolçiyeva Fatma tərəfindən ona 200 min manat faizə borc verilməklə ələ keçirilib. 2016-cı il martın 28-də həbsdən azad olundum. Fatma Yolçiyeva ilə borc hesabını bağlamaq və mülkiyyətimi geri qaytarmaq istəsəm də, bu, baş tutmadı. Dörd il içində mənim obyektimin icarəsindən 500 min manata yaxın gəlir götürüb.

Fatma Yolçiyevaскачанные файлы ilə borclarımı bağlamaq istədim, amma o, indi məndən 200 min manat və əlavə 650 min manat faiz də olmaqla, ümumilikdə 850 min manat pul tələb edir. Mən hiddətlə soruşdum ki, niyə 850 min manat ödəməliyəm? O dedi ki, mən həbsdə olan vaxt obyekti əldə saxlamaq üçün müxtəlif yerlərə rüşvət verib. O, Ali Məhkəməyə 100 min, Nəsimi Rayon Məhkəməsinə 50 min, Konstitusiya Məhkəməsinə 50 min, Plenuma 50 min və digər instansiyalara rüşvət verdiyini dedi.”, – deyə S.Məcidov əlavə edib.

Biz araşdırmanı davam etdik və bir sıra məlumatlar əldə etdik. Fatma Yolçiyeva hətta İTV-nin sabiq rəhbəri İsmayıl Ömərovun mərhum qardaşına da sələmlə pul verməyi, onu da özünün “sələm oyunu”na salması barədə redaksiyamıza məlumatlar daxil olub.

Hətta məlumatda bildirilir ki, İsmayıl Ömərovun qardaşı vəfat edəndən sonra, İsmayıl Ömərovla Fatma Yolçiyeva bir razılığa gəliblər ki, sələm dayansın və ana puldan ödəmələr aylara bölünsün. Digər əldə etdiyimiz məlumata görə, Fatma Yolçuyeva yuxarıda qeyd etdiyimiz üsullarla, bir neçə nəfərin əmlakını ələ keçirib və fakt üzrə DİN-nin Baş MCMİ-də cinayət işi açılıb. Lakin bununla belə, Fatma Yolçiyeva məsuliyyətə cəlb olunmayıb.

Fakt üzrə digər cinayət işi Baş prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində açılıb. Ancaq yenə də məsuliyyətə cəlb olunmayan Fatma Yolçiyeva ölkədə vətəndaşların əmlakını ələ keçirərək öz cinayət əməllərindən əl çəkmir. Onun və ona bu işdə yardımçı olan insanlar barədə redaksiyamıza video materiallar təqdim olunub. Həmin video materiallarda o və ona bu cinayətlərdə yardımçı olanların etirafları var ki, onlar bir neçə insanları eyni fəndlə bədbəxt edib, onların sonuncu əmlaklarını ələ keçiriblər.скачанные файлы (2)

Əvvəl müştəri ilə görüşdə Fatma Yolçiyeva və onun əlaltıları sələm və borc müqaviləsindən söhbət edir, lakin faktiki olaraq, vətəndaşın xəbəri olmadan alqı-satqı işi həyata keçirirlər. Bununla belə, obyektini və ya evini “satan” vətəndaş hər ay Fatma Yolçiyevaya faiz ödəməli olur. Maraqlıdır ki, bu sələmçi qadın hər şikayətdən “xəsarətsiz” çıxır və hüquq mühafiProkurorluq_Yeni_Binazə orqanları onu məsuliyyətə cəlb etmir. Bəlkə, Fatma Yolçiyeva o qədər güclü və toxunulmazdır ki, insanları fırıldaq yolu ilə əmlakından məhrum etməsinə görə cəzalandırılmır? Ya da, bəzi məmurlar onu müdafiə və hətta himayə edir ki, sələm fırıldaqlarının sayı daha da artsın və nəticədə cəmiyyətdə narazı insanlar çoxalsın, dövlətə inam da sarsılsın?

Biz üzümüzü Baş prokuror Zakir Qaralova, DİN başçısı cənab Ramil Usubova tutaraq, bildiririk ki, bu şəxsin törətdiyi cinayət əməllərinin araşdırılmasının vaxtı çoxdan çatıb. Lazım olan yerlərə Fatma Yolçiyeva barəsində video materialllar, sübutlar və dəlillər təqdim etməyə hazırıq.

Sənan Məmmədli

Qafqaznews.az

IMG_1602 IMG_1605 IMG_1608

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR