İbrahimoviçin fikrini dəyişmək istəyirlər

416255PSJ-dən ayrılan Zlatan İbrahimoviç seçim qarşısında qalıb.

Qafqaznews.az apasport.az-a istinadən xəbər verir ki, isveçli hücumçu ilə Avropanın bir neçə aparıcı klubu yaxından maraqlanır.

35 yaşlı futbolçu Joze Mourinyonu baş məşqçi postuna gətirməyi planlaşdıran “Mançester Yunayted”dən təklif alıb. “Mankunianlar” “İbra-kadabra”nı heyətlərinə qatmaqda israrlıdırlar.

Premyer Liqa təmsilçisi azad agent statusu daşıyan Zlatana 1 illik müqavilə təklif edib. Əgər təcrübəli futbolçu sözləşməyə qol çəksə və növbəti mövsümdə özünü yaxşı tərəfdən göstərsə, onun sazişinin müddəti daha 1 il uzadılacaq.

Qeyd edək ki, karyerası ərzində “Yuventus”, “İnter”, “Barselona” və “Milan” kimi top-klubların formasını geyinmiş İbrahimoviç 2012-ci ildən PSJ-də çıxış edirdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR