İlan sancması zamanı nə etməli? – Dədə-baba qaydaları ilə müdaxilə təhlükəlidir

4ca51e43-e5a0-4328-8496-68e10af28ebfHavaların tədricən istiləşməsi ilə yanaşı ilan və əqrəblərin fəallaşması də gündəmə gəlir. Əsasən Muğan zonası üçün xarakterik olan zəhərli sürünənlərin zərərsizləşdirilməsi Cəlilabad təsərrüfatları üçün başlıca vəzifədir.

CTV (Region TV) xəbər verir ki, əkinçilərin yay mövsümündə sahələrdə çalışdığı, buna görə də hər an zəhərli sürünənlər və həşaratların hücumuna məruz qalmasını nəzərə alan rayonun həkim briqadaları fermerlər arasında arasında maarifləndirmə işləri aparır.

Bu barədə daha ətraflı qarşıdakı sujetdə Cəlilabad Rayon Mərkəzi xəstəxanasının baş həkimin müavini Valeh Məmmədov deyir ki, təsərrüfat işlərinin qızğın mövsümü olduğunu nəzərə alaraq kənd həkim məntəqələri mövsümi tibbi ləvazimatlarla təmin edilib. Həmçinin bütün tibb məntəqələrində çalışan tibb işçilərinə təlimata uyğun hərəkət etmələri tapşırılıb. Baş həkimin müavini həmçinin əlavə etdi ki, hələ də bəzi insanlar ilansancması zamanı keçmiş dədə-baba qaydaları ilə müdaxilədən çəkinmirlər. Baxmayaraq ki, həmin qaydalar bir çox hallarda fəsadlara yol açır. Əslində isə ilansancan şəxsi heç bir müdaxilə olmadan vaxtında xəstəxanaya çatdırılması xəstənin həyatı təhlükəsini aradan qaldırır.

Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 15 nəfər ilanların hücumuna məruz qalıb, 6 nəfəri isə əqrəb sancıb. Xoşbəxtlikdən bu faktlar zamanı olüm hadisəsi qeydə alınmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR