İlhamə Quliyevanın sön sözü: Deyəsən, ölürəm

DSC_7091Şahid ilk dəfə danışdı.

Mərhum xalq artisti İlhamə Quliyevanın köməkçisi Fatma Əliyeva Lent.az-a müsahibə verib.

Qafqaznews.az həmin müsahibəni ixtisarla təqdim edir:

– İlhamə xanım dünyasını dəyişən günə qədər özünü necə hiss edirdi?

– İlhamə xanımın ürəyində ağrılar olurdu. Son vaxtlar telefonda kiminlə isə danışıb, daha da əsəbiləşirdi. Həmin anlarda da dərmanlarını verirdim, sakitləşirdi. Ayaqlarında da problemlər var idi. Hər iki ayağında yaralar açılmışdı. Ayaqlarını müğənni Əli Mirəliyevin qızı Samirə müalicə edirdi.

İlhamə xanıma zəng daha çox Orxanla bağlı gəlirdi və o da əsəbiləşirdi. Hətta ölməmişdən bir neçə gün qabaq xalq artisti Ağadadaş Ağayevİlhamə xanıma zəng edərək, Orxanın işi barəsində danışdı. İlhamə xanım da dəstəyi yerə asandan sonra halı pis oldu. Dərmanların atandan sonra sakitləşdi.

– Mirası barədə danışırdı?

– Bəli, deyirdi, nəyim varsa, hamısını dayım oğlu Eldar İsmayılovun adına keçirdəcəyəm. Mənim yanımda nə vəsiyyət edibsə, onu da deyirəm. Yalanım yoxdur, hər şeyi olduğu kimi deyirəm. Miras barədə danışanda nə Orxanın, nə də digər adamların adını çəkmirdi. Hətta can verən ana qədər Eldar müəllimin adını çəkirdi.

– İlhamə xanımın dayısı oğlu Eldar İsmayılov Lent.az-a müsahibəsində bildirdi ki, İlhamə xanıma kimsə zəng edib, zəngdən sonra əsəbiləşib və dünyasını dəyişib. Axırıncı zəng kimdən gəlmişdi?

– Axırıncı zəng Orxandan gəlmişdi. Orxan fevralın 24-dən 25-ə keçən gecə zəng elədi, İlhamə xanım da əsəbiləşdi. Dedi ki, “niyə zəng etmisən? Yatmışam”. Telefonla danışandan sonra əsəbiləşib, bədənində gərginliklər yaranmışdı. Təzyiqi enib-qalxırdı. Həmin gün mənə dedi, ürəyi sirkələnir, narahatdır. Soruşdum ki, təcili yardım çağırım? Dedi, yox, keçəcək. Gecə məndən qatıq və meyvə istədi. Bir az yedi və başladıq söhbət eləməyə.

620w, 300w” alt=”DSC_7091″ width=”266″ height=”176″ />

Dedi ki, Eldar müəllim xaricdən gəlsin, gələn kimi notariusa gedək, bütün hər şeyimi onun adına keçirəcəyəm. Nəsə bu barədə danışdıq, gecə saat ikinin yarısı yatdı və səhər 7-də durdu. Səhər təzyiqini yoxladım. Dedi, nəsə özümü pis hiss edirəm, bir az yatım. Yatdı, saat 10-nun yarısında durdu. Məni çağırıb dedi: “halım pisləşir, ürəyimə bax, elə bil ürəyimdə nəsə damar qırıldı. Deyəsən, mən ölürəm”.

Mən də tez qorxdum, dərhal Leyla xanıma (Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi – red.) zəng etdim və dedim ki, “deyəsən İlhamə xanım ölür, təcili yardım gəlsin”. Leyla xanıma zəng edəndən sonra  Eldar müəllimə zəng elədim, zəng çatmadı. Daha sonra Əli müəllimə  və onun qızı Samirəyə yığdım. Onlar da, təcili yardım da evə gələnə qədər İlhamə xanım qollarımda can verdi. Bu dəhşətli bir an idi. İnsan ölür və sən ona kömək edə bilmirsən. İlhamə xanım can verirdi, mənsə ağlayıb, ona yalvarırdım ki, “ölməyin”.

– Dünyasını dəyişəndən sonra evə kimlər gəldi və nələr baş verdi?

– İlhamə xanım öləndən sonra qohumlarının evə gəlib, oyun çıxarmaları sanki bir film idi. Çünki İlhamə xanımın sağlığında yanına gəlməyən qohumları evdə peyda oldu. Sağlığında təkcə Əli Mirəliyev, onun qızı Samirə və dayısı oğlu Eldar müəllim gəlirdi.

İlhamə xanımı torpağa basdırılan gündən sonra dedim ki, evimə getmək istəyirəm, məni yola salın. Görün, həmin an başıma nə oyun açdılar. Orxanın anası ilə həyat yoldaşı başladılar mənim çantamı yoxlamağa. Çantanı yerə boşaltdılar, baxdılar ki, heç nə yoxdur. Bu hərəkətləri mənə çox pis təsir etdi. Çünki ilk dəfə idi ki, həyatda belə bir şeylə qarşılaşırdım.

Gördüm, Orxanın yoldaşı mənə birtəhər baxır. Dedim ki, mən bu evə gələndə sən harada idin? Sən mənim çantamı yoxlayıb evə buraxmışdın? İlhamə xanımın sağlığında sizlər heç bu evə gələ bilmirdiniz. Dünyasını dəyişəndən sonra bu evin qapısını tanımısınız. O da mənə dedi ki, çantanı yoxlamağa ixtiyarım çatır. Amma İlhamə xanım sağ olanda mənə demişdi ki, Orxanın anası hələ onun evini görməyib.

– Siz evə gələndən sonra evdə kim qaldı?

– Mən öz evimə gedəndən sonra Orxangil 8 gün evdə yaşadılar və evin açarlarını dəyişdilər. Mən evə gələndən sonra mənə gizli nömrələrdən zənglər gəlməyə başladı. Zəng edən Orxanın anası Lalə idi. Dedi, bilirsən ki, İlhamə xanımın var dövləti Orxana qalacaq. Söylədim ki, məndən istəyiniz nədir? Dedi ki, Orxan İlhamə xanımın övladıdır, övladlığa götürüb, məhkəmə olsa, səni çağırsalar, gələrsən bizim haqqımızda  yaxşı danışarsan, sənə də nələrsə verərik.

Mənə heç bir şey lazım olmadığını dedim. Dedilər ki, sən bizim dediyimizlə razı ol, səni hər şeylə təmin edəcəyik. Bu zəng mənə çox müəmmalı qaldı. İstəsələr aidiyyəti orqanlar telefonumu yoxlatdırıb, bu zəngi tapa bilərlər. Niyə mənə gizli nömrədən zəng gəlmişdi?

– İndi verdiyiniz açıqlamalarımızdan ehtiyat edirsinizmi?

– Açığı bir-iki nəfər mənə dedi ki, Orxandan ehtiyatlı ol, onun barəsində heç nə demə. Çünki onun ətrafında elə insanlar var ki, sənə xətər toxundurarlar. Amma bütün bunlara baxmayaraq heç nədən qorxmuram. Çünki ölkə yiyəsiz deyil, qanunlarımız var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR