İnsan ifrazatı satışa çıxarıldı

1422971802_heydar_asadof_dsc_0068Nazirliklər bir-birini ittiham edir

“Tualetlərdən xüsusi maşınlar vasitəsilə çəkilən tullantılar Saatlı rayonu ərazisində balıq saxlanılan göllərə, hovuzlara boşaldılır”. Bu barədə məlumatı AzNews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə, sözügedən məlumat quruma yeni daxil olub: “Tualetlərdən çəkilən artıqlar süni göllərə və hovuzlara balıqların yemlənməsi məqsədi ilə boşaldılır. Bu, anormal haldır, insan həyatını məhv etməkdir. Bizə də bu haqda məlumat yeni daxil olub”.

E.Hüseynov bildirib ki, sözügedən tullantıyla qidalanmış balıqları yeyən insanlar birbaşa xərçəng xəstəliyinə tutula bilər: “Bundbaliq44an əlavə, mədə-bağırsaq və mənşəyi məlum olmayan xəstəliklər yarana bilər. Çünki insan orqanizmi belə sularda saxlanılan balıqları yeyərkən ağır metal və duzlarla zənginləşir”.

Ekspert Səhiyyə Nazirliyini də tənqid edib: “Baxın apteklərə, insan əlindən tərpənmək olmur. Bunun bir səbəbi var. Əlbəttə ki, qida. Çox təəssüf ki, Səhiyyə Nazirliyi heç bir təhqiqat aparmır və eyni zamanda bu məsələlərə münasibət belə bildirmir” (AzNews.az).

skachanny-e-fajly-1-375AİB sədri kavkaznews.az-a bildirib ki, insan ifrazatının balıq yemi kimi istifadə olunması barədə məlumatı onun təşkilatının Saatlı şöbəsinin rəhbəri Habil Ağayev verib.

“Dövlət Baytarlıq Xidməti, Respublika Gigiyena və Epidemologiya Mərkəzi də yaxşı bilirlər ki, süni göl və hovuzlarda balıqları insan ifrazatı ilə yemləyirlər və buna rəğmən heç bir tədbir görülmür”, – deyə E.Hüseynov Kavkaznews.az-a bildirib.

“Eyyub Hüseynovun dedikləri doğrudur. Bizdə insan ifrazatının öz qiyməti var. Məsəlçün, bir yük maşını dolu insan ifrazatı 26 manata satılır”, – deyə AİV Saatlı şöbəsinin müdiri Habil Ağayev bizə bildirdi. Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu fəaliyyət göstərir. Biz öyrənmək istədik, görəssiaphoto_499108-1ən, institutda bu barədə hər hansı məlumat varmı?

“Biz ölkədaxili süni göllərdə monitorinq aparmırıq. Biz öz monitorinqlərimizi ancaq Xəzər Dənizində aparırıq. Dövlət Baytarlıq Xidmətinə müraciət edin. Balıq məhsullarının keyfiyyətini onlar yoxlayır” – deyə ETİ-nin direktoru Mehman Axundov Kavkaznews.az-a bildirib. Lakin Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Mehman Axundovun açıqlamasını təkzib edib. “Balıqların yetişdirilməsi ETSN-in fəaliyyət dairəsinə daxildir”, – deyə M.Hacıyev qeyd edib.

“Amma ETSN-dən bildiriblər ki, balıq məhsullarını Kənd Təsərrüfatı Nazirliyi yoxlayır”, – deyə əməkdaşımız qeyd etdi.

“Elə deyil”, – deyə Murtuzəli Hacıyev cavab verdi.

Biz həmçinin Respublika Gigiyena və Epidemologiya Mərkəzinin mövqeyini öyrənməyə çalışdıq. Respublika Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bizə bildirdi ki, onun çalışdığı qurum süni göllərdə monitorinq aparmır. “Bu məsələnin bizə dəxli yoxdur. Eyyub Hüseynov nə istəyir, danışsın”, – deyə Z.Kazımov əlavə etdi.

R.Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR