İşdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb 17 May, 2016 16:36

19848361-1572-4098-b12e-328a68cfe3bf_292 (1)Azərbaycanda bir müddət əvvəl işdən çıxarılmış polis rəisi aşağı vəzifəyə təyinat alıb.

“Report”un xəbərinə görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Bölməsinin (PB) sabiq rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Nərimanov RPİ-də çalışacaq. O, yetkinlik yaşına çatmayanlar üzrə inspektor vəzifəsinə təyin edilib.

Xatırladaq ki, keçən ilin sentyabr ayında 12-ci PB-də ölüm hadisəsi baş verib. Bundan qısa müddət sonra Ü.Məmmədov rəis vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ü.Məmmədov iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR