`İŞİD-ə görə `Tom və Cerri` günahkardır` – Misir hökuməti

tom-jerryMisirin Dövlət İnformasiya Xidmətinin rəhbəri Salah Əbdül Sadiq bəyan edib ki, “Tom və Cerri” multfilm serialı uşaqlarda zorakılığa həvəs yaradır. Onun fikrincə, İŞİD-in yaranmasına qismən həm də bu amil səbəb olub.

AzVision.az Misirin “Yaum 7” (“7-ci gün”) nəşrinə istinadən xəbər verir ki, Qahirə Universitetindəki çıxışında Salah Əbdül Sadiq multfilmdəki səhnələri İŞİD-in əməlləri ilə müqayisə edib:

– Bu cizgi filminə baxanda belə bir fikir yaranır ki, hə, mən kiminsə başını əzə, harasa bomba qoyub partlada bilərəm və bu, əyləncəli olacaq. Bu cür səhnələr uşaqların şüuruna yerləşir və belə əməllər onlar üçün adiləşir.

Qeyd edək ki, qəzetdə dərc olunan məqalədə məmurun fikri inkişaf etdirilir və arqumentləşdirilir. İddia olunur ki, “Tom və Cerri” multserialı uşaqları zorakılığa, məkrli planlar qurmağa, məişət əşyalarından silah kimi faydalanmağa, alkoqola və siqaretə sövq edir. Buna görə də yayımı hökumət tərəfindən qadağan edilməlidir.

Qeyd edək ki, “Tom və Cerri” multfilmi 1940-cı ildə amerikalı animatorlar Uilyam Hanna və Cozef Barbara tərəfindən yaradılıb. 113 seriyadan ibarət multfilm yayımlandığı dövrdə multfilm 7 dəfə “Oskar” mükafatına layiq görülüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR