“İşləmirdim, pul yox idi, elədim” – Kondisioner oğrusu (VİDEO – FOTO)

ko1“Lazım olub ki, götürmüşəm də”

Havalar isindi və kondisionerlər gəlirli sahə kimi oğruların maraq dairəsinə düşdü. Abşeronda 3 nəfərdən ibarət dəstə mövsümə uyğun oğurluq həyata keçiriblər. Kondisionerlərə göz dikən şəxsləri isə polis saxlayıb.

Oğurluq hadisəsi rayonun Qobu qəsəbəsi ərazisindəki mağazalardan birində baş verib. Dükana quraşdırılan kondisionerlərin motorunu oğurlayan dəstə üzvlərini Abşeron polis idarəsinin əməliyyatçıları çox keçmədən müəyyənləşdirə bilib.

Saxlanılaraq istintaqa təhvil verilən Qubadlı rayon sakini, 31 yaşlı Ramin Şirinov və Sumqayıt şəhər sakinləri – Ruzigar Quliyevlə Rauf Hüseynov ifadələrində törətdiləri cinayəti etiraf ediblər. Belə ki, onlar oğurluğu birgə planlaşdıraraq, gecə saatlarında qəsəbə ərazisindəki mağazaya gediblər.

Ramin Şirinov – saxlanılan şəxs: “Axşam isti oldu, maşınla getdik Qobu kəndinə. Mağazanın böyründə kondisioner var idi, onları götürüb aparmışıq. Lazım olub ki, götürmüşəm də. Ustalara satdıq”.

Saxlanılan Rauf Hüseynov kamera qarşısında danışmaq istəməsə də,  cinayətdə sürücü kimi iştirak etdiyini bildirib.

Digər saxlanılan Ruzigar Quliyev isə oğurluğa pula ehtiyacı olduğu üçün getdiyini deyir:

“Heç nə də, apardıq satdıq, 500 manat da mənə verdilər. İşləmirdim, bekarçılıq idi, pul yox idi, elədim”.

Ruzigar Quliyev əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2 dəfə məhkum olunub.

Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar aparılır. (Region TV)

ko2 ko3 ko4

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR