“İsrafçılıq qadağandır” – Məzarlıqlarla bağlı qərar qəbul olunacaq (VİDEO – FOTO)

mezarliq1Məzarlıqlarla bağlı qanun deyil, qərar qəbul olunacaq. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sənədin İqtisadiyyat Nazirliyi ilə birgə hazırlandığını deyib. Hazırda Azərbaycanda məzarlıqların idarəçiliyi qanunlara, Nazirlər Kabinetinin qərarlarına əsaslanır.

İslam və Quran ayələrində insan dünyasını dəyişən zaman yox olmur, canlı varlıq olaraq yaşayır. Din dua və ehsanı dəstəkləsə də, təmtərağı qəbul etmir. Bu, həm də qəbirüstü abidələrə aiddir. İlahiyyatçı Fuad Pənahlı həddindən artıq israfa yol verilən, bahalı daşlarla bəzədilən qəbrlərin dünyasını dəyişən insanın ruhuna hörmətlə əlaqəsi olmadığını deyir:

“Dünyasını dəyişən insanların qəbirlərinin həddən artıq israfa yol verilib bəzənməsi İslam dinində qadağandır, bəyənilməyən bir haldır. “Qurani Kərim” Allahın israfı sevmədiyini buyurur”.

Məzarlıqlarda standartların tətbiq olunması Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzarəti altındadır. İqtisadiyyat Nazirliyi ilə birlikdə hazırlanan sənəddə qəbirlərin ölçüsü, baş daşları, məzarlıqlarla bağlı qaydalar müəyyənləşdirilib. Qərar layihəsi təkmilləşdiriləndən sonra ictimaiyyətə açıqlanacaq. (Region TV)

mezarliq2

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR