İtən Misir təyyarəsi Aralıq dənizinə düşüb – RƏSMİ

20160519-115726linkParisdən Misir paytaxtı Qahirəyə uçan “Airbus A320-232” təyyarəsi Aralıq dənizinə düşüb.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu Misir Mülki Aviasiya Administrasiyası açıqlayıb.

İnformasiyaya əsasən, Misirin “EgyptAir” aviaşirkətinə məxsus təyyarənin sərnişinlərinin taleyindən xəbər yoxdur.

Təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.

Xatırladaq ki, Misirin “EgyptAir” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Parisdən Qahirəyə uçuş (reys MS804) həyəta keçirən zaman radarlardan itib. Təyyarənin göyərtəsində 66 sərnişin və ekipaj üzvləri olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR