​İtaliya A Seriyasında şübhəli oyun aşkarlanıb

77ab3cb4-fb42-469b-8a17-f4fffba2983c_292İtaliya A Seriyasında cari mövsümün son turunda keçirilmiş “Napoli” – “Frosinone” matçı barəsində istintaq araşdırmalarına başlanılıb. “Report”un məlumatına görə, qarşılaşmada oyun alqı-satqısının əlamətləri diqqət çəkib.
Sözügedən oyuna mərc qoyuluşunda anormallıq qeydə alınıb. 1000 avrodan çox qazandıracaq “oyunda qırmızı vərəqə olacaq” variantına “yüklənmə” aşkarlanıb. Matçın 13-cü dəqiqəsində isə qonaqların futbolçusu Mirko Qori qırmızı vərəqə alaraq meydanı tərk edib.
Məsələ ilə bağlı İtaliya Daxili İşlər Nazirliyi yanında İdman Mərc İdarəsi və yerli futbol federasiyası araşdırma aparır.
Qeyd edək ki, qarşılaşma “Napoli”nin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR