İtmiş təyyarənin taleyi necə oldu?

437070_000“Egyptair” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə bağlı yeni faktlar ortaya çıxıb. Misirin naviqasiya xidmətinin rəhbəri təyyarənin radarlardan itməsi ilə bağlı səsləndirilən iddiaların yanlış olduğunu bildirib. O bildirib ki, təyyarə havada olarkən düzgün marşurutla uçub. Misirin aviasiya nümayəndələri təyyarənin vurulma ehtimalını da irəli sürürlər.

Aralıq dənizində qəzaya uğrayan Misirə məxsus təyyarənin uçuş istiqamətindən yayındığına dair iddialar yanlışdır. Misirin naviqasiya xidmətinin rəhbəri Əhəb Əzmi bu barədə açıqlama verib. Əzmi bildirib ki, təyyarə radarlardan itənə qədər doğru istiqamətdə və normal hündürlükdə uçub.

Qafqaznews.az anspress-ə istinadən bildirir ki, Yunanıstanın müdafiə naziri Panos Kammenos “Eyrbas A320″nin qəzadan əvvəl 90 dərəcə bucaq altında sola və 360 dərəcə bucaq altında sağa dönüşlər etdiyini bildirirdi. Misirin aviasiya nümayəndələri də iddiaları təkzib edirlər.

Təyyarənin vurulması ehtimalı irəli sürülən versiyalar arasındadır. Faktla bağlı istintaq və qalıqların araşdırılması prosesi davam edir. Misir hökuməti dənizin altında axtarış əməliyyatlarına başlayıb. 1 həftə əvvəl baş verən qəza nəticəsində 66 nəfər ölüb. Aralıq dənizindən aparılan axtarışlar zamanı sərnişinlərə məxsus əşyalar tapılıb. Misir prezidenti Əbdəl Fəttah əl-Sisi qəzanın səbəblərini müəyyən etmək üçün müəyyən vaxta ehtiyac olduğunu bildirib.

Parisdən Qahirəyə uçan təyyarənin sərnişinlərinin milliyyətləri bilinib. “EgyptAir”in “Twitter”dəki hesabında bu barədə məlumat yer alıb. Şirkətin açıqlamasında qeyd edilir ki, təyyarədə olanlar arasında 15 Fransa, 30 Misir, 1 Britaniya, 2 İraq, 1 Küveyt, 1 Səudiyyə Ərəbistanı, 1 Sudan, 1 Çad, 1 Portuqaliya və 1 Kanada vətəndaşı olub. Təyyarə Aralıq dənizi üzərində radarlardan itib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR