Kanada yığması xokkey üzrə dünya çempionu olub

img2089408Kanada yığması 2016-cı ildə xokkey üzrə dünya çempionu olub
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, Kanada yığması finalda finalda Finlandiya komandası üzərində 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, çempionat Moskva və Sankt-Peterburq şəhərlərində mayın 6-dan 22-ə qədər keçirilib. Kanada yığması bununla 26-cı dəfə turnirin qalib olaraq qızıl medala sahib olub.
Qeyd edək ki, Rusiya Federasiyasının prezidenti Vladimir Putin də final oyununu “Buz sarayı”nda canlı izləyənlər arasında olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR