Kann Film Festivalının mükafatlandırma mərasimi keçirilib

9b0afb67e3a22687ae909d0d9f34b11d69-cu Kann Film Festivalının mükafatlandırma mərasimi keçirilib

APA-nın məlumatına görə, festivalın “Qızıl palma” mükafatına ingilis rejissor Ken Louçun “Mən Daniel Bleykəm” filmi layiq görülüb. Mükafata iddialı 21 namizəd yeddi nominasiya üzrə mükafatlandırılıb. Festivalın “Ən yaxşı rejissor işinə görə” mükafatı Kristian Munjiuya və iranlı rejissor Əsgər Fərhadiyə təqdim olunub. “Ən yaxşı kişi roluna görə” mükafatın sahibi isə iranlı Şabab Hüseyni olub.

Qeyd edək ki, festival mayın 11-dən 22-dək keçirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR