Kişilər diş həkimindən qorxurlar

img2084284Türkiyənin Stomatoloqlar Birliyinin apardığı araşdırmaya görə, kişilər diş müalicəsindən qadınlardan daha çox qorxur.
Araşdırmaya rəhbərlik edən həkim Emre Bodrumlu bildirib ki, nəticə əldə etmək üçün yaşı 16-dan böyük olan 1335 nəfərlə görüşüb: “Araşdırma nəticəsində xəstələrin 59 faizinin diş həkimi və diş müalicəsindən qorxduğunu müəyyənləşdirdik. Kişilərin diş həkimi və diş müalicəsindəki qorxularının qadınlardan 12 faiz artıq olduğunu ortaya çıxardıq. Qorxu zamanı kişilərin sürətlə nəfəs alıb-verdiyi və ürəyinin sürətlə döyündüyü müşahidə edildi. Qadınlarda isə əzələlər gərilir və ürəyin ritmi sürətlənir”.
Həkim onu da deyib ki, daha çox kişilər diş müalicəsini gecikdirirlər və bu gecikmə də müalicəyə mənfi təsir göstərir: “Ən şiddətli qorxu anı xəstənin iynəni görməsi və iynə vurulması zamanı baş verir”.
Musavat.com

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR