​Klinton prezident seçiləcəyi təqdirdə iqtisadiyyatın bərpasını həyat yoldaşına tapşıracaq

84f6cc52-be98-4206-afe6-03d54b7484a5_292Demokratlar partiyasından ABŞ prezidentliyinə daha çox ehtimal edilən namizəd Hillari Klinton bəyan edib ki, gələcək seçkilərdə qalib olacağı təqdirdə Amerika iqtisadiyyatının bərpasını həyat yoldaşı Bill Klintona həvalə edəcək.

“Report” “ABC News” telekanalına istinadən xəbər verir ki, bunu o, seçkiqabağı kampaniya çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı bildirib.

“Mənim iqtisadiyyatı bərpa etməyi tapşıracağım ərim, bunu necə etmək lazım olduğunu bilir”, — deyə Klinton qeyd edib.

Onun sözlərinə görə, xüsusilə Klintonun bilikləri kömür hasilatı rayonlarında (ölkənin şərq hissəsində), şəhərlərdə milli azlıqların yaşadıqları yerlərdə və “ölkənin diqqət yetirilməyən digər yerlərində lazım olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR