Leyla Əliyeva müharibə və əmək əlilləri üçün pansionatda olub (FOTO)

leyla_aliyeva_pansionat__070516_01Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda olub.

Fonddan Trend-ə verilən məlumata görə, Leyla Əliyeva pansionatın sakinləri ilə görüşərək onlarla söhbət edib. Qeyd edək ki, Heydər Əliyev Fondunun təmsilçiləri mütəmadi olaraq bu pansionata baş çəkir. Budəfəki ziyarəti zamanı Leyla Əliyeva pansionatda yaşayanlara müxtəlif hədiyyələr verib, o cümlədən öz şeirlər kitabını imzalayaraq hədiyyə edib və şeirlərindən bəzilərini oxuyub.

Qeyd edək ki, Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionat ötən əsrin 60-cı illərindən fəaliyyət göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni korpusun açılışı olub.

Heydər Əliyev Fondu müntəzəm olaraq uşaq evləri və internat məktəbləri ilə yanaşı, ahıllarla da görüşür, onların qayğıları ilə maraqlanır.

leyla_aliyeva_pansionat__070516_01 leyla_aliyeva_pansionat__070516_02 leyla_aliyeva_pansionat__070516_03 leyla_aliyeva_pansionat__070516_04 leyla_aliyeva_pansionat__070516_05 leyla_aliyeva_pansionat__070516_06 leyla_aliyeva_pansionat__070516_07 leyla_aliyeva_pansionat__070516_08 leyla_aliyeva_pansionat__070516_09 leyla_aliyeva_pansionat__070516_10 leyla_aliyeva_pansionat__070516_11 (1) leyla_aliyeva_pansionat__070516_12

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR