Məmur qaçqından rüşvət istəyir: “500 manat gətir, dövlət yardımını al”

000002Bu gün bir çox vətəndaş problemlərinə görə dövlət qurumlarına yox, KİV-ə müraciət etməyə üstünlük verir. Bu günlərdə Qafqaz Xəbər Agentliyinə Ağdamın Əhmədavar kənd sakini Şəndə İsmayılova müraciət etdib.

“Əhmədavar kəndi sovet dövründə Xıdırlı kənd sovetinin tabeliyində idi. 1990-cı illərdə keçmiş kənd sovetləri ləğv olundu, onları icra nümayəndəlikləri əvəz etdi. Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunmasından sonra, biz məcburi köçkünə çevrildik və dövlətdən maddi yardım almalı olduq. Bu yardımın vətəndaşlara verilməsini icra hakimiyyətinin nümayəndələri həyata keçirirdi. Biz yardımı Xıdırlı kənd icra nümayəndəliyindən alırdıq”, – deyə Ş.İsmayılova bildirib.

Onun sözlərinə görə, yaxın zamanlara qədər qaçqınlar dövlət yardımını əlbəəl alırdılar.

“Amma artıq bu pul bank hesablarına yatırılmağa başlayıb. Bizə bank kartı veriblər ki, yardımı ordan götürək. Bizə deməmişdilər ki, kartı davamlı yeniləmək lazımdır. Mən bunu biləndə yeni bank kartı üçün Xıdırlı kənd icra nümayəndəsi Hüseyn Əliyevə müraciət etdim. O isə bizdən 500 manat tələb etdi. Mən bu məbləği ödəyə bilmirəm”, – deyə Ş.İsmayılova qeyd edib.

O, sözlərinin sübutu olaraq, bizə məcburi köçkün statusunu təsdiq edən sənədləri və Hüseyn Əliyev adlı şəxsin Şəndə İsmayılovadan rüşvət tələb etdiyi diktofon yazısını təqdim etdi. Biz Hüseyn Əliyevdən Şəndə İsmayılovanın sözlərini şərh etməyi xahiş etdik.

“Bu yalandır. Mən ondan rüşvət istəməmişəm”, – deyə Hüseyn Əliyev bildirib. Ardı var…

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR