Məmurlar onkoloji xəstələrdən nəyi gizlədir?

647038_47439329 yaşlı Məmmədov Zamiq Sabir oğluna kəskin Leykoz L1 (qan xərçəngi) diaqnozu qoyulub. Artıq iki ildir ki, Zamiq bu ağır xəstəlikdən əziyyət çəkir.

Xəstəliyinin ilk aylarında Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə almağına baxmayaraq  ailənin imkanı sona qədər orada müalicəsinin davam etdirilməsinə imkan verməyib. Bir il burada müalicə aldıqdan sonra  Qan İnustitunun Travmatologiya Şöbəsində müalicəsini davam etdirib.

Xəstəliyi çox ağır olduğundan hər dəqiqə Zamiq üçün çox əhəmiyyətlidir. İki körpə uşaq atası olan Zamiqin köməyə ehiyacı var (xebervar.com).

Zamiq Məmmədovun bacısı Ülviyyə Məmmədova kavkaznews.az-a bildirib ki, Qanköçürmə İnstitutunun Hematologiya şöbəsində onun qardaşını lazımi dərmanlarla təmin etmirlər.

“Onun müalicəsi üçün lazım olan dərmanları özümüz almalı oluruq”, – deyə Ülviyyə Məmmədova vurğulayıb.

Zamiq Məmmədovun bacısı eyni zamanda Qanköçürmə İnstitutunun  həkimlərinin laqeydliyindən şikaytlənib.

8 saylı poliklinikanın baş həkimi Tamilla Kərimova kavkaznews.az-a bildirib ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən müalicə müəssisələri var.

“Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə xəstələri tamamilə pulsuz müalicə etməlidirlər” – deyə T.Kərimova vurğulayıb.

Onun sözlərinə görə, dövlət proqramı var ki, onkoloji xəstələrin müalicə xərcələrindən asılı olmayaraq dövlət hesabına müalicə olunması nəzərdə tutulub.

“Onkoloji xəstələr üçün lazım olan dövlət siyahısı var. Bu dərmanlar müalicə üçün yetərlidir. Əlbəttə, söhbət tamamilə sağalmadan getmir”, – deyə T.Kərimova qeyd edib.

O, Zamiq Məmmədovun qohumlarına və digər onkoloji xəstələrə belə bir tövsiyə verib: “Həkimlər onlardan pul tələb edirsə, onda xəstələrin qohumları çek tələb etsinlər”.skachanny-e-fajly-1-379

“Mən heç vaxt eşitməmişəm ki, onkoloji xəstələrin müalicəsi ilə bağlı Dövlət Proqramı var və ona görə də, xəstələri pulsuz dərmanlarla təmin etmək lazımdır”, – deyə Mirvari Qəhrəmanlı bildirib.

O qeyd edib ki, indiyədək rəsmi qurumlar bu barədə heç nə bəyan etməyiblər.

“Hökumət KİV-ləri bu haqda məlumat yaymayıb. Maraqlıdır, məmurlar niyə cəmiyyətdən belə bir proqramın mövcudluğunu gizlədirlər?” – deyə M.Qəhrəmanlı sualla çıxış edib.

“Yəqin ki, xəstələrə pulsuz dərman vermək sərf etmir”, – deyə hüquq müdafiəçisi ehtimal edib.

R.Rüstəmov

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR