Məşhur aktyor 38 milyondan imtina etdi

e88ced057000d589186863d5e4cadd48Britaniya aktyoru Deniel Kreyq Ceyms Bond rolunda oynamaqdan imtina edib. Kulis.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə aktyor Bond roluna qayıtmaq üçün təklif olunan 68 milyon funtu qəbul etməyib.

Kreyq bu vaxta qədər dörd Bond filmində oynayıb. Onlardan 38 milyon funt qazanc əldə edib. Filmlər iki milyard funt gəlir gətiriblər.

Prodüserlər daha iki filmdə çəkilmək üçün aktyora 68 milyon funt təklif ediblər. Kreyq isə sonuncu Ceyms Bond filmi “Spektr”da oyandıqdan sonra daha “Agent 007” filmlərinə çəkilməyəcəyini bildirmişdi.

Bu vaxta qədər Ceyms Bond rollarında Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan çəkilib. Sonuncu Ceyms Bond Deniel Kreyq idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR