Məşhur əsərdəki qadının xəstəliyi tapıldı – FOTO

432113Məşhur amerikalı rəssam Endryu Uayetin “Kristinanın dünyası” (Christina’s World) tablosunda əks olunmuş qızın xəstə olduğu aşkarlanıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, bu tabloda rəssam qonşusu Anna Kristina Olsonu əks etdirir. Anna uşaqlıq illərindən inkişaf edən nevroloji pozuntular xəstəsi idi. Yeniyetməlik illərində sürəkli büdrəyən və yıxılan Anna Kristina 26 yaşında yardım olmadan iki-üç addım ata bilmirdi.
50 yaşına çatanda isə o, ümumiyyətlə ayaqda dura bilmirdi, əllərində və ayaqlarında hissiyyatı itirmişdi. Anna Kristina 1968-ci ildə 74 yaşında vəfat edib.
Uayet bu xanımı dəfələrlə əsərlərində əks etdirib. Həmin əsərlər arasında ən məşhuru 1948-ci ildə çəkilmiş “Kristinanın dünyası”dır. Bu tablo 20-ci əsr amerikan rəngkarlığının ən məşhur əsərlərindən biri sayılır. Tablo çəkiləndə Anna Kristinanın 55 yaşı vardı və onun yerinə rəssamın qarşısında arvadı Betsi durmuşdu.
Mayo Klinikasının nevrologiya, pediatriya və tibbi genetika professoru, “Journal of Child Neurology”nin baş redaktoru Mark Patterson Anna Kristinanın müayinə epikrizləri, şahidlərin dedikləri və Uayetin əsərləri ilə tanış olandan sonra belə qərara gəlib ki, “Kristinanın dünyası” tablosunun qəhrəmanı olan Anna Kristina Olson irsi motor-sensor neyropatiyasına (Şarko-Mari-Tut xəstəliyi) mübtəla imiş.
Bu xəstəlik insan orqanizmində periferik sinirləri atrofiyaya uğradır, soğana bənzəyən mielin qılaflarının çoxlaylı inkişafına səbəb olur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR