Medvedev Yerevana gəldi

142777_res_01Rusiyanın baş naziri Dmitri Medvedev Ermənistanın paytaxtı Yerevana gəlib.

Virtualaz.org TASS-a istinadən bildirir ki, o, cümə günü Avrasiya İqtisadi Birliyinə (AİB) üzv ölkələrin hökumət başçılarının iştirakı ilə keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

Belə görüşlər bir qayda olaraq hər rübdə keçirilir. Bu, 2015-ci ilin yanvarından bu yana sayca 5-ci olacaq.

Yeri gəlmişkən, bu iclas əvvəlcə aprelin 7-8-nə planlaşdırılmışdı. Amma aprelin əvvəlində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi səbəbindən təxirə salındı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR