Meşə yanğınları şəhəri dünyadan təcrid edib

img2075919Alov 1600 evi və administrativ binanı məhv edib.
Bir neçə gündür ki, güclü meşə yanğınlarının tuğyan etdiyi Kanadanın Fort Mak-Mürrey şəhərinə aparan bütün yollar bağlanıb. ANS PRESS-in məlumatına görə, bu 60 metr hündürlüyü olan alovun yeganə açıq olan şoseyə yaxınlaşmasından sonra baş verib.
Polisin müşahidəsi ilə 1500 minik avtomobili ötən gün səhər saatlarında cənub istiqamətində şəhərin çıxışına dair hərəkət etməli idi, lakin alovun yaxınlaşması təhlükəsi səbəbindən bu baş verməyib və yerli hakimiyyət insanların təxliyyəsini hava ilə davam etdirməyə qərar verib.
Fort Mak-Mürreyin əhalisinin böyük hissəsi – 88 min insan mayın 3 və 4 təxliyyə olunub. Mayın 6-sı daha 5 min insan şəhərdən çıxarılıb. 4 gün ərzində xilasedicilər Edmont və Fort Mak-Mürrey şəhərləri arasında insanları xilas etmək üçün 300 uçuş həyata keçiriblər.
Fort Mak-Mürrey şəhəri iri neft yataqları yaxınlığında yerləşir.Alberta ştatı nəhəng neft ehtiyyatlarına sahibdir. Qeoloqların hesablamalarına görə bu ərazi ehtiyyatlar Səudiyyə Ərəbistanı və Venesuelladan sonra 3 yerdə qərarlaşıb.
Alberta hökümətinin məlumatına görə, ciddi ziyana baxmayaraq şəhərin mərkəzinə demək olar ki, zərər dəyməyib.
Alov 1600 evi və administrativ binanı məhv edib.
Əyalətin baş naziri Reyçel Notli şəhər sakinlərini onların evlərinə hələ uzun müddət sonra qayıdacaqları haqda xəbərdarlıq edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR