Milli Məclisə təkrar seçkilərdə 14 nəfər iddialıdır

trend_mezahir_penahov_02101390 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə 14 nəfər namizədliyini irəli sürüb. Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün MSK-nın keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, namizədliyini irəli sürmüş 14 nəfərin hamısına seçki vərəqələri verilib. Onun sözlərinə görə, mayın 18-nə olan məlumata əsasən, 9 namizəd imza vərəqələrini DSK-ya təqdim edib. Onlardan 3 nəfəri namizəd kimi qeydə alınıb.

M.Pənahov əlavə edib ki, namizədliyin qeydə alınması ilə bağlı imza vərəqələrinin müvafiq sənədlərlə birgə DSK-ya təqdim edilməsi üçün müəyyən edilmiş vaxt bu gün başa çatır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR