Milli Məclisin deputatları erməni cəfəngiyyatını şərh etmək istəmir

milli-meclis“Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasında “bəyanat” yayması barədə xəbərlər Ermənistan XİN-nin növbəti uydurmasıdır”. Bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Ermənistan XİN-də xülya və mifologiyanın reallıq ilə qarışıq salınması artıq heç kimi təəccübləndirmir: “Əslea527fc8a671ec8173ee9f80ef1c1f1bində, Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi öz statusundan sui-istifadə edərək və BMT sisteminə və üzv dövlətlərə hörmətsizlik nümayiş etdirərək qondarma rejim adından bu kimi kağız parçalarını yaymağa cəhd edir. Ətraf mühitə hörmətlə yanaşılan BMT sistemində adətən bu qəbildən olan izafi kağız parçaları makulatura məqsədilə istifadə edilir” (APA).

Özünü “Dağlıq Qarabağ Respublikası” adlandıran cinayətkar rejim tez-tez bəyanatlarla çıxış edir ki, bu skachanny-e-fajly-1-376bəyanatlar yoxlanıldıqda boş sözlər olduğu meydana çıxır. Lakin bu cinayətkar rejim hələ də belə bəyanatlarla çıxışını davam etdirir. Separatçı rejimin “xarici işlər nazirliyi” deyilən qondarma qurumunun budəfəki bəyanatının arxasında nələr durur? Biz bu məsələni şərh etməsi üçün tanınmış politoloq, millət vəkili Rasim Musabəyova müraciət etdik.

“Mən hansısa qondarma “Dağlıq Qarabağ Respublikası”nın, hansısa “xarici işlər nazirliyi”nin bəyanatını şərh etmirəm”, – deyə R.Musabəyov Kavkaznews.az-a bildirib.

“Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma rejimi tanımayıb. Buna görə də, mən hansısa məlum olmayan strukturun bəyanatını şərh etməkdə məna görmürəm”, – deyə deputat Rüfət Quliyev də öz növbəsində bildirib.

R.Həsənoğlu

Kavkaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR