Misir piramidalarının daha bir müdhiş sirri açıldı – MARAQLI

83518Dünyanın yeddi möcüzəsindən biri olan Misir piramidaları haqqında əfsanələr bütün dünyanı dolaşır
Hətta möcüzəli tikililərin yadplanetlilər tərəfindən salındığını iddia edənlər də var. Amma təbii ki, tikildiyi dövrün düşüncə tərzinə sığmayan dəqiq riyazi hesablamalar, tibbi-bioloji uyğunluqlar, eləcə də nəhəng qaya parçalarının daşınma metodu o dövrün insanları tərəfindən həyata keçirilib. Piramidaların tikintisində minlərlə qul məhv olub.
Dünyanın məşhur əczaçılarının əldə etdikləri materialda maraqlı detala rast gəlinib. Arxiv materialına əsasən piramidaların tikintisi zamanı işçilərə mütəmadi olaraq qara sarımsaq verilirmiş. Xüsusi məqsədlə verilən qara sarımağın hesabına fəhlələr ağır əmək qarşısında duruş gətirə bilirmiş. Minlərlə qul müxtəlif səbəblərdən-(qaya parçasının aşmasından, yaralanmadan, aclıqdan) ölsələr də qara sarımsağın tərkibindəki protein və karbohidratlar, eləcə də  200-ə qədər elemenetlər əmin piramidaların tikintisini ləngitməyib.
Elmin Nuri

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR