Möhsen Kamsari: “İran neft hasilatını dondurmağa hazırdır”

5ac21fa339fffcc8173c16e84cb173e0İran dünya bazarında vəziyyətin sabitləşməsi üçün neftin hasilatının dondurulması ilə bağlı planlara qoşulmağa hazırdır.

“APA-Economics”in “PressTV”-yə istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin beynəlxalq əlaqələr üzrə direktoru Möhsen Kamsari bildirib.

Onun sözlərinə görə, artıq ölkəsi neft hasilatının arzu olunan səviyyəsinə nail olduğundan qara qızılın hasilatının dondurulması təklifinə qoşula bilər. M. Kamsari qeyd edib ki, hazırda İranda gündəlik neft hasilatı 4,2 mln. barel təşkil edir: “Bura gündəlik hasil olunan 500 min barel qaz kondensatı da daxildir. Bu, İranın neft naziri Bican Zənqanenin məsləhət gördüyü rəqəmdir”.

Bununla belə, M. Kamsari əlavə edib ki, hasilatın dondurulması planına qoşulmaqla bağlı qərarı neft naziri verməlidir: “Neft nazirinin bununla bağlı qərar verəcəyi gözlənilir”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR