Monteneqro NATO-nun üzvü oldu

142740_res_01Monteneqronun NATO-ya daxil olması haqda protokol imzalanıb.

“Report” xəbər verir ki, bu haqda UNİAN məlumat yayıb.

Protokolu NATO-nun rəhbərləri və Alyansa üzv dövlətlərin xarici işlər nazirləri imzalayıblar.

Sənəd quruma üzv dövlətlərin parlamentlərində təsdiqləndikdən sonra Monteneqro NATO-nun 29-cu üzvü olacaq.

“Müttəfiqlərimiz protokolu təsdiqlədikdən sonra Monteneqro Vaşinqton müqaviləsinə qoşulmağa dəvət ediləcək və Alyansın 29-cu üzvü olacaq”, – deyə NATO-nun baş katibi Yens Stoltenberq təntənəli mərasimdə çıxışı zamanı vurğulayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR