Moskvada hərbi paradın baş məşqi keçirilib

1be516d4acd854545ec9843bda6d7fe8Moskvada Böyük Vətən müharibəsində qələbənin 71 illiyi münasibətilə təşkil olunacaq hərbi paradın baş məşqi keçirilib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, təntənəli mərasim üçün son məşq Qızıl meydanda yerli vaxtla saat 10:00-da başlayıb.

Məşqdə 10 min hərbçi, 135 döyüş maşını, 100-dən çox uçuş aparatı iştirak edib.

Yürüşə Quru Qoşunları komandanı, general-polkovnik Oleq Salyukov komandanlıq edib, müdafiə naziri Sergey Şoyqu isə məşqi qəbul edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR