Mülki şəxslər “müharibə əlili” status almayacaq

1462011676_1461840767_xestexana_01254Aprelin 6-da Azərbaycan Müdafiə Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, aprelin 2-dən bəri Ermənistan silahlı qəvvələri ilə toqquşmada 32 hərbçimiz şəhid olub.

Qeyd edək ki, Ermənistan qoşunlarının hücumları nəticəsində nəinki hərbçilər, dinc sakinlər də həlak olublar.

Mülki sakinlər də Milli Ordunun Vətəni qoruyan hərbçiləri kimi erməni gülləsindən həlak olurlar, ya da ömürlük əlil qalırlar.

Xatırladaq ki, Azərbaycanda erməni işğalı nəticəsində həlak olan hərbçilərin ailələrinə bir sıra güzəştlər ayrılıb.

Hərbi xidmət zamanı xəsarət alan alan hərbçilərə isə Qarabağ müharibəsi əlili statusu verilir və bununla, onlar adi təqaüddən əlavə, Prezident təqaüdü də alırlar.

Lakin sərhədyanı və cəbhəyanı zonalarda yaşayan sakinlər arasında da ermənilərin hücumları və artilleriya zərbələri nəticəsində əlillik alan az deyil.

Görəsən, düşmən gülləsindən həlak olan mülki şəxslərə şəhidlik adı veriləcəkmi? Eyni zamanda, bizi o sual da maraqlandırır ki, cəbhə xəttində xəsarət alan mülki şəxslər Qarabağ müharibəsi əlili statusu alacaqmı?

Biz bu sualı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Babayevə ünvanlamağa çalışdıq, lakin həmişəki kimi, Elman Babayevlə əlaqə saxlamaq imkanımız olmadı.9589

“Şəhid ailələri” İctimai Birliyinin sədri Almaz Zeynalova bildirib ki, döyüş zamanı həlak olan müki şəxslər şəhid statusu alır.

“Amma hərbi xidmət zamanı şəhid olanların ailələrindən fərqli olaraq, onların ailələrinə sığorta ödənilmir”, – deyə A.Zeynalova kavkaznews.az-a vurğulayıb.

A.Zeynalovanın sözlərinə görə, döyüşlər zamanı xəsarət alan sıravi vətəndaşlar da hərbi xidmət zamanı xəsarət alan əlillər kimi prezident təqaüdü alırlar.

view_new-1Qarabağ Müharibəsi Veteranları Cəmiyyətinin sədri  Etimad Əsədov isə Almaz Zeynalovanın sözlərini təkzib etdi:

“Hərbi toqquşmalar zamanı xəsarət alan mülki şəxslər şəhid statusu almır”.

E.Əsədovun  sözlərinə görə, ermənilərlə döyüş zamanı xəsarət alan mülki şəxslərə müharibə əlili statusu verilmir.

“Həmçinin, onlar Prezident təqaüdü almırlar”, – deyə təşkilat rəhbəri vurğulayıb.1350112826_telman-yeni-1

Hərbi hüquqşünas Telman Əbilov da Etimad Əsədovun sözlərini təsdiqləyib.

“Həqiqətən də, bu şəxslər Qarabağ müharibəsi əlili statusu almır və onlara Prezident təqaüdü verilmir”, – deyə Telman Əbilov vurğulayıb.

O, həmçinin şəhid statusuna da toxunub.

“Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli “Şəhid statusunun əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” qərarına görə, Ermənistanla sərhəddə və Qarabağda həlak olan mülki şəxslərə şəhid statusu verilir”, – deyə T.Əbilov əlavə edib.

R.Həsənoğlu

Kavkaznews.az

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR