Nadirin gözləri doldu: “Ona bir şey olsa, yaşaya bimərəm” – VİDEO

212063“Müflisləşmək ayıb deyil, bağ evimi satdım, üzüyümü də sataram”

“Deyirlər ki, guya mən vergidən yayınmaq üçün bunu edirəm”

“Pulumuz olmasa da olar”

Müğənni Nadir Qafarzadə Alternativ TV-də (Region TV) yayımlanan “Şou məkan” verilişinə eksklüziv açıqlamalar verib, etiraflar edib.

Tanınmış ifaçı müflisləşməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gəitrib: “Müflisləşmək ayıb bir şey deyil. Bağ evimi satdım. Çoxları deyir ki, guya mən göz qaçırtmaq üçün, vergidən yayınmaq üçün bunu edirəm. Gəlcəkdə də yenə imkan olmasa, ola bilər ki, nələrisə satım. Məsələn, üzüyümü, saatımı sata bilərəm. Bu müvəqqəti çətinlikdir, sadəcə ehtiyac var idi. Mənim övladım xaricdə təhsil alır, çox bahalı bir şəhərdə yaşayır. Onun təhsili mənim üçün daha önəmlidir, nəinki bağ evim”.

Sevilən müğənni həyat yoldaşı Sevinc xanım haqda etiraflar edib, ona ismarıj yollayıb: “O xanıma minnətdaram. Nə yaxşı ki, bizim gözəl ailəmiz var. Pulumuz olmasa da olar. Ona bir şey olsa, mən də yaşaya bilmərəm. Onsuzluğun nigarançılığı ilə yaşayammaram. O biri dünyaya da nigaran gedərəm. Hərdən mənə elə gəlir ki, həyata onunla başlamışam və onunla da bitirəcəyəm. Ondan yox, onsuzluqdan qorxuram. Nə yaxşı ki, məni yaşamağa, həyata sövq etdin, həvəsləndirdin. Sən olmasaydın, bəlkə mən də həyatda olmazdım”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR